...

SAM ilə Fransa Beynəlxalq Münasibətlər İnstitutu arasında əməkdaşlığa dair saziş imzalanacaq

Siyasət Materials 11 Aprel 2012 13:21 (UTC +04:00)
Aprelin 12-də Parisdə Fransa Beynəlxalq Münasibətlər İnstitutu və Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) arasında əməkdaşlığa dair saziş imzalanacaq.
SAM ilə Fransa Beynəlxalq Münasibətlər İnstitutu arasında əməkdaşlığa dair saziş imzalanacaq

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir E.Mehdiyev/

Aprelin 12-də Parisdə Fransa Beynəlxalq Münasibətlər İnstitutu və Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) arasında əməkdaşlığa dair saziş imzalanacaq.

SAM-ın mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, bu məqsədlə bu günlərdə mərkəzin direktor müavini Gülşən Paşayeva Fransaya yola düşüb.

Sənəddə Azərbaycan Respublikası və Avropa İttifaqının energetika sahəsində yürütdükləri siyasətin tədqiqi, Cənubi Qafqazda iqtisadi inteqrasiyanın perspektivlərinin, regionda baş verən proseslərin və təhlükəsizlik məsələlərinin, o cümlədən geosiyasi maraqların, hərbi münaqişələrin həlli metodlarının araşdırılması üzrə birgə tədqiqatların aparılması nəzərdə tutulub.

Bundan başqa, Paşayeva Fransa paytaxtında "Avropanın enerji təhlükəsizliyi strategiyasında Azərbaycanın rolu" mövzusunda keçiriləcək konfransda iştirak edəcək, Beynəlxalq Risklərin Təhlili və Proqnozlaşdırılması Mərkəzində, ictimai əlaqələr üzrə ixtisaslaşdırılmış "Homid" şirkətində, Beynəlxalq və Strateji Əlaqələr İnstitutunda fransalı həmkarlarının işi ilə yaxından tanış olacaq.

Xəbər lenti

Xəbər lenti