...

İran Əbu Musa adasını turizm zonasına çevirəcək

Siyasət Materials 17 Aprel 2012 16:55 (UTC +04:00)
İran Nazirlər Kabinetinin qərarına uyğun olaraq, Əbu Musa adası turizm zonasına çevriləcək.
İran Əbu Musa adasını turizm zonasına çevirəcək

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbirlər A.Tağıyeva, T.Cəfərov/

İran Nazirlər Kabinetinin qərarına uyğun olaraq, Əbu Musa adası turizm zonasına çevriləcək. Bunu İranın Sənətkarlıq mədəni irsi və turizm təşkilatının rəhbəri Həsən Musəvi bildirib. Bu barədə çərşənbə axşamı Trend İranın "Mehr" agentliyinə istinadən məlumat verir.

Onun sözlərinə görə, bu qərar böyük sayda yerli və xarici turistləri cəlb etmək məqsədilə qəbul edilib.

Əbu Musa, Böyük və Kiçik Tanb adaları İran ilə BƏƏ arasında mübahisə predmetidir.

Bundan əvvəl Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın mübahisəli Əbu-Musa adasına səfər etməsi ilə bağlı İrana etiraz notası göndərmişdi.

Notada qeyd olunurdu ki, BƏƏ hökuməti Əhmədinejadın Əbu Musa adasına səfərini pisləyir, çünki bu, mübahisəli adalarla bağlı ölkələr arasındakı danışıqlara mənfi təsir edir.

Ötən həftə Əhmədinejadın Əbu Musa adasına səfəri BƏƏ hakimiyyətinin narazılığına səbəb olub. Əbu-Dabi özünün Tehrandakı səfirini geri çağırıb və İran Prezidentinin səfərinin iki dövlətin birgə səyləri sayəsində bu problemin həlli ilə bağlı razılığa gəldikləri dövrə təsadüf etdiyini bəyan edib.

Xəbər lenti

Xəbər lenti