...

Əfqanıstan Azərbaycanın köməyini yüksək qiymətləndirir - spiker

Siyasət Materials 20 Aprel 2012 15:10 (UTC +04:00)
Əfqanıstan hakimiyyəti ölkənin çətin günlərində Azərbaycanın köməyini yüksək qiymətləndirir.
Əfqanıstan Azərbaycanın köməyini yüksək qiymətləndirir - spiker

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir S.Ağayeva/

Əfqanıstan hakimiyyəti ölkənin çətin günlərində Azərbaycanın köməyini yüksək qiymətləndirir. Trend-in məlumatına görə, bu barədə cümə günü Əfqanıstan Milli Assambleyasının sədri Əbdül Rauf İbrahimi Azərbaycanın Əfqanıstan, eyni zamanda, Pakistandakı səfiri Daşqın Şikarovla görüşündə bildirib.

"Səfir Əfqanıstan Milli Assambleyasının sədrinə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda keçirilən uğurlu daxili və xarici siyasət, iqtisadi islahatlar, strateji və regional layihələrin reallaşdırılması, Azərbaycana qarşı erməni təcavüzü və Xocalı soyqırımı haqqında məlumat verib", - səfrilik məlumat verir.

Diplomat, həmçinin Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə həyata keçirdiyi layihələr haqqında ətraflı danışıb və Fondun Kabildə "İbn Sina" uşaq evinə humanitar və maliyyə yardımı göstərdiyini qeyd edib.

Əfqanıstan Milli Assambleyasının spikeri parlamentlərarası dostluq qrupunun yaradılması, qarşılıqlı səfərlərin təşkilinin vacibliyini vurğulayıb. Dağlıq Qarabağ münaqişəsinə toxunan Əqfanıstanın qanunverici orqanının sədri bu məsələdə birmənalı olaraq Azərbaycanın mövqeyini dəstəklədiklərini qeyd edib.

Xəbər lenti

Xəbər lenti