Azərbaycan, Bakı, 8 may /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı günü "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda qeyd olunur ki, Azərbaycan Prezidentinin 2001-ci il 19 iyun tarixli 509 nömrəli fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə"ni "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2011-ci il 25 oktyabr tarixli 212-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə"nin 1.2-ci bəndinin birinci cümləsində "və ya müstəntiq" sözləri ", müstəntiq və ya əməliyyatçı" sözləri ilə əvəz edilir.
Prokurorluğa işə qəbul olunmaq üçün müsabiqə qaydaları haqqında əsasnamədə dəyişiklik edilib