...

Danimarkada İranın anti-Azərbaycan siyasətinə qarşı etiraz aksiyası keçirilib (FOTO)

Siyasət Materials 20 May 2012 12:50 (UTC +04:00)
Danimarka Krallığında yaşayan azərbaycanlılar gələn həftə Bakıda keçiriləcək Eurovision beynəlxalq mahnı müsabiqəsi ərəfəsində İranın Azərbaycanda sabitliyi pozmaq cəhdlərinə, bu yarışma ilə əlaqədar Tehranın Azərbaycanın əleyhinə apardığı təbliğata etiraz əlaməti olaraq Kopenhagendə İran İslam Respublikasının səfirliyi qarşısında etiraz aksiyası keçiriblər.
Danimarkada İranın anti-Azərbaycan siyasətinə qarşı etiraz aksiyası keçirilib (FOTO)

Azərbaycan, Bakı, 20 may /Trend/

Danimarka Krallığında yaşayan azərbaycanlılar gələn həftə Bakıda keçiriləcək Eurovision beynəlxalq mahnı müsabiqəsi ərəfəsində İranın Azərbaycanda sabitliyi pozmaq cəhdlərinə, bu yarışma ilə əlaqədar Tehranın Azərbaycanın əleyhinə apardığı təbliğata etiraz əlaməti olaraq Kopenhagendə İran İslam Respublikasının səfirliyi qarşısında etiraz aksiyası keçiriblər.

Danimarkada fəaliyyət göstərən "Vətən" cəmiyyətinin Trend-ə verdiyi məlumata görə, İran səfirliyi qarşısında toplaşan nümayişçilər "Lənət olsun İrana!", "Rus, İran, Erməni.. Türklərin düşməni!", "Nə mutlu, Türküm Diyene!" və s. şüarlar səsləndirmişlər.

"Vətən" Cəmiyyətinin sədri Səfər Sadiqi İran İslam Respublikasının Ermənistanın Azərbaycan torpaqlarını işğalına məhəl qoymadan onunla sıx diplomatik əlaqələr qurduğunu, İran ərazisində yaşayan 35 milyon azərbaycanlının Azərbaycanla birləşməsindən qorxduğunu, ən əsası da Eurovision müsabiqəsinin finallarını izləmək üçün Azərbaycana Avropadan 1500-dək jurnalistin gəlməsindən təşvişə düşdüyünü bəyan etmişdir. "İran Azərbaycanın dünya istimai rəyində müasir mədəniyyəti ilə çıxmasından, ərazisindəki 35 milyon azərbaycanlının hərəkətə keçə bilməsindən qorxaraq Azərbaycanda sabitliyi pozmağa çalışır", - deyə S.Sadiqi qeyd etmişdir.

S.Sadiqi nümayişçilərin gətirdiyi İranda insan haqlarının pozulması, insanların edam edilməsi rəsmləri, eləcə də İran prezidenti Mahmud Əhmədnejatın Ermənistan dövlət adamları ilə şəkilləri əks olunmuş plakatları cırmışdır.

Bir saat yarım davan edən nümayiş hər hansı bir insident baş vermədən sona çatmışdır.

Xəbər lenti

Xəbər lenti