...

İlham Əliyev Yəmən Prezidentini təbrik edib

Siyasət Materials 21 May 2012 18:41 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Yəmən Respublikasının Prezidenti Abdurabbih Mənsur Hadiyə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Yəmən Prezidentini təbrik edib

Azərbaycan, Bakı, 21 may /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Yəmən Respublikasının Prezidenti Abdurabbih Mənsur Hadiyə təbrik məktubu ünvanlayıb.

"Hörmətli cənab Prezident, ölkənizin milli bayramı - Yəmən birliyi günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm. Əminəm ki, Azərbaycan ilə Yəmən arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yəmən xalqına sülh və rifah diləyirəm" , - İlham Əliyev təbrik məktubunda deyib.

Xəbər lenti

Xəbər lenti