...

İlham Əliyev Qətər dövlətinin Əmirinə başsağlığı məktubu ünvanlayıb

Siyasət Materials 29 May 2012 13:34 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Qətər dövlətinin Əmiri Əlahəzrət şeyx Həməd bin Xəlifə Al Taniyə başsağlığı məktubu ünvanlayıb
İlham Əliyev Qətər dövlətinin Əmirinə başsağlığı məktubu ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev Qətər dövlətinin Əmiri Əlahəzrət şeyx Həməd bin Xəlifə Al Taniyə başsağlığı məktubu ünvanlayıb.

"Əlahəzrət, Doha şəhərindəki ticarət mərkəzində baş vermiş yanğın nəticəsində çoxlu sayda insanın, xüsusən də uşaqların həlak olması xəbəri məni olduqca sarsıtdı.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Qətər xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram" İlham Əliyev başsağlığı məktubunda qeyd edib.

Xəbər lenti

Xəbər lenti