...

Azərbaycan deputatı AŞ PA komitəsinin iclasında iştirak edəcək

Siyasət Materials 2 İyun 2012 14:57 (UTC +04:00)
Azərbaycanın millət vəkili Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında iştirak etmək üçün iyunun 3-də Parisə yola düşəcək.
Azərbaycan deputatı AŞ PA komitəsinin iclasında iştirak edəcək

Azərbaycan, Bakı, 2 iyun /Trend/

Azərbaycanın millət vəkili Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında iştirak etmək üçün iyunun 3-də Parisə yola düşəcək.

Trend Milli Məclisin rəsmi saytına istinadən məlumat verir ki, tədbirdə "Avropada müsəlman qadınlar" mövzusunda məruzə dinləniləcək, Fransada milli inkişaf, Avropada millətçilik, miqrasiya və ksenofobiyaya qarşı mübarizədə QHT-lərin rolu və digər mövzularda müzakirələr aparılacaq.

İclasda yeni məruzəçilərin və nümayəndələrin təyin edilməsi məsələlərinə də baxılacaq.

Xəbər lenti

Xəbər lenti