...

Ramil Usubov: Ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqilliyini yox olmaqdan xilas edib

Siyasət Materials 15 İyun 2012 12:49 (UTC +04:00)
Ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqilliyini yox olmaqdan xilas edib, Trend-in məlumatıan görə, bunu cümə günü jurnalistlərə daxili işlər naziri Ramil Usubov deyib.
Ramil Usubov: Ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqilliyini yox olmaqdan xilas edib

Azərbaycan, Bakı, 15 iyun / Trend müxbir K.Zərbalıyeva/

Ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqilliyini yox olmaqdan xilas edib, Trend-in məlumatıan görə, bunu cümə günü jurnalistlərə daxili işlər naziri Ramil Usubov deyib.

Nazir bildirib ki, Azərbaycan 1991-ci ildə müstəqillik qazansa da, müstəqilliyini 1993-cü ilin may-iyun aylarında itirmək təhlükəsi ilə üz-üzə idi.

"Heydər Əliyevin gördüyü tədbirlər nəticəsində ölkədə ictimai-siyasi vəziyyət sabitləşdi, kriminogen durum nəzarət altına alındı", Usubov deyib.

Nazir bildirib ki, Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün istiqamətlərdə inkişaf başladı.

Usubov qeyd edib ki, Azərbaycanda qurtuluş, əmin-amanlığın əzab-əziyyət hesabına başa gəlib və gənclik bunu heç zaman unutmamalıdır.

1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.

Xəbər lenti

Xəbər lenti