• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • Siyasət

Prezident İlham Əliyev: Həyat səviyyəsinin yaxşılaşdırılması sahəsində böyük irəliləyişlər əldə edilib

19 İyun 2012 18:41 (UTC+04:00)
  • 0
  • 0

Azərbaycan, Bakı, 19 iyun /Trend/

Azərbaycanda həyat səviyyəsinin yaxşılaşdırılması sahəsində böyük irəliləyişlər əldə edilib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev "İqtisadiyyatın inkişafında antiinhisar siyasətinin rolu" mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində deyilir.

"Sizi ölkəmizdə antiinhisar fəaliyyətini həyata keçirən qurumun yaradılmasının 20-ci ildönümünə həsr olunmuş beynəlxalq konfransın öz işinə başlaması münasibətilə təbrik edirəm, hər birinizə cansağlığı və gələcək işlərinizdə müvəffəqiyyətlər diləyirəm.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından sonra bazar iqtisadiyyatının əsaslarının formalaşması məqsədi ilə köklü islahatlar gerçəkləşdirilmişdir. Sosial-iqtisadi inkişafın davamlı artım tempinə nail olan ölkəmizdə həyat səviyyəsinin yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər görülmüş və böyük irəliləyişlər əldə edilmişdir", - müraciətdə qeyd olunur.

Dövlət başçısı müraciətində bildirib ki, inhisarçılığın, haqsız rəqabətin və süni qiymət artımının qarşısının alınması dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindəndir. Əmtəə və xidmət bazarlarında istehlakçıların hüquqlarının qorunmasını təmin edən etibarlı mexanizmin tətbiqi üçün bütün lazımi şərait mövcuddur. Bununla əlaqədar qanunvericilik bazasının təkmilləşdirilməsi daim diqqət mərkəzində saxlanılır.

"İnanıram ki, konfransınızın gedişində aparılan müzakirələr və təcrübə mübadiləsi qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşməsi işinə töhfəsini verəcək və onun səmərəli nəticələri iştirakçı ölkələrin iqtisadiyyatının gələcək perspektivləri baxımından əhəmiyyətli olacaqdır", - müraciətdə deyilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Kateqoriyasında olan digər xəbərlər
Diasporla İş üzrə Dövlət Komitəsində qüdrətli dövlət xadimi Heydər Əliyevin anım günü keçirilib (FOTO)
Siyasət 20:00
Vüqar Rəhimzadə: Ulu öndər Heydər Əliyevin yaratdığı milli dövlətçilik ən böyük sərvətimizdir
Siyasət 18:56
Ceyhun Osmanlı "Euronews"da seçkilərdən yazdı
Siyasət 18:08
Müsavatın bu addımı söz vә ifadә azadlığına hücumdur - Yafəz Əkrəmoğlu
Siyasət 17:37
Parlament seçkilərində iştirak üçün indiyə qədər 50-ə yaxın namizəd müraciət edib
Siyasət 16:48
Bələdiyyə seçkiləri ilə bağlı bü günə qədər nəzərdə tutulan bütün tədbirlər həyata keçirilib - MSK sədri
Siyasət 16:47
Xəbər lenti
Mədəni İrsin Qorunması müsabiqə elan edir
Mədəniyyət 20:14
DGK-də Qətərlə əməkdaşlıq müzakirə olunub (FOTO)
İqtisadiyyat 20:08
Diasporla İş üzrə Dövlət Komitəsində qüdrətli dövlət xadimi Heydər Əliyevin anım günü keçirilib (FOTO)
Siyasət 20:00
Gəncədə "VAZ" piyadanı vurub öldürdü
Hadisə 19:50
Bakıda mənzildən qadın meyiti tapılıb
Hadisə 19:46
Beynəlxalq seminar iştirakçıları AQTİ laboratoriyaları ilə yaxından tanış olub (FOTO)
Cəmiyyət 19:38
Gürcüstandan gələn avtomobildə spirtli içki və oyun konsolları aşkarlanıb (FOTO)
İqtisadiyyat 19:30
Azərbaycan-Rusiya İşgüzar Şurasına 145 şirkət və təşkilat daxildir
Maliyyə 19:15
Azərbaycanda Rusiya ilə birgə turizm alyansı yaradılıb
Maliyyə 19:14
Ən çox oxunanlar
FHN səfirlikdə baş verən tüstülənmə ilə bağlı məlumat yayıb (FOTO) (YENİLƏNİB)
FHN səfirlikdə baş verən tüstülənmə ilə bağlı məlumat yayıb (FOTO) (YENİLƏNİB)
Bakıda ticarət mərkəzi yanır (FOTO/VİDEO)
Bakıda gölməçədə avtomobil batıb
ABŞ Ermənistan vətəndaşlarının viza müraciətlərini kütləvi şəkildə rədd edib
Nəzər nöqtəsi
Rusiyalı ekspert: Azərbaycan Cənubi Qafqazda vacib iştirakçı statusunu qazanıb

Rusiyalı ekspert: Azərbaycan Cənubi Qafqazda vacib iştirakçı statusunu qazanıb

Naqif Həmzəyev: Heydər Əliyev hər zaman gənclərin himayədarı olub
Arif Hacılı "siyasi mühacir"lərə satmaq məqsədilə Almaniyaya 72 ədəd "diplom" aparıb
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri