...

İlham Əliyev RF Dövlət Duması komitəsinin sədrini qəbul edib

Siyasət Materials 20 İyun 2012 17:22 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Rusiya Federasiyası Dövlət Dumasının MDB və Həmvətənlərlə Əlaqələr üzrə Komitəsinin sədri Leonid Slutskini qəbul edib.
İlham Əliyev RF Dövlət Duması komitəsinin sədrini qəbul edib

Azərbaycan, Bakı, 20 iyun /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Rusiya Federasiyası Dövlət Dumasının MDB və Həmvətənlərlə Əlaqələr üzrə Komitəsinin sədri Leonid Slutskini qəbul edib.

Leonid Slutski ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi və mədəni sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq bu münasibətləri MDB çərçivəsində əməkdaşlığın yaxşı nümunəsi kimi dəyərləndirdi.

Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluğunu ifadə etdi, əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə əminliyini bildirdi.

Xəbər lenti

Xəbər lenti