...

Türkiyə təyyarənin vurulması ilə bağlı BMT-yə müraciət göndərib

Siyasət Materials 26 İyun 2012 12:30 (UTC +04:00)
Türkiyənin BMT yanında daimi nümayəndəsi Ərtoğrul Apakan təşkilatın baş katibi Pan Gi Muna Türkiyənin hərbi təyyarəsinin Seruya SQ tərəfindən məhv edilməsi ilə bağlı müraciət göndərib.
Türkiyə təyyarənin vurulması ilə bağlı BMT-yə müraciət göndərib

Azərbaycan, Bakı, 26 iyun /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin BMT yanında daimi nümayəndəsi Ərtoğrul Apakan təşkilatın Baş katibi Pan Gi Muna Türkiyənin hərbi təyyarəsinin Suriya Silahlı Qüvvələri tərəfindən vurulması ilə bağlı müraciət göndərib. Trend-in məlumatına görə, bu barədə "CNN Türk" telekanalı məlumat verib.

Müraciətdə göstərilir ki, Türkiyəyə məxsus təyyarə Suriyanın Silahlı Qüvvələri tərəfindən beynəlxalq hava məkanında vurulub və təyyarənin göyərtəsində silah olmayıb.

Məlumatda baş vermiş insidentin regionda təhlükəsiziliyi təhdid etdiyi də qeyd olunur.

Xəbər lenti

Xəbər lenti