...

Bakıda Türkmənistan Prezidentinin nitqlərinin Azərbaycan dilində ikicildlik toplusunun təqdimatı keçirilib (FOTO)

Siyasət Materials 26 İyul 2012 20:05 (UTC +04:00)
Bakıda Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun "Türkmənistanın xarici siyasəti və diplomatiyası" adı altında nitqlərinin, çıxışlarının və müsahibələrinin Azərbaycan dilində ikicildlik toplusunun təqdimatı və ona həsr olunmuş eyniadlı konfrans keçirilib.
Bakıda Türkmənistan Prezidentinin nitqlərinin Azərbaycan dilində ikicildlik toplusunun təqdimatı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 26 iyul /Trend/

Bakıda Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun "Türkmənistanın xarici siyasəti və diplomatiyası" adı altında nitqlərinin, çıxışlarının və müsahibələrinin Azərbaycan dilində ikicildlik toplusunun təqdimatı və ona həsr olunmuş eyniadlı konfrans keçirilib.

"Göstərilən toplunun dost qonşu ölkədə Azərbaycan dilində nəşri tərəfimizdən Azərbaycan xalqı və hökumətinin Türkmənistanın lideri Qurbanqulu Berdiməhəmmədov tərəfindən yürüdülən Türkmənistanın regional və qlobal təhlükəsizliyinin təminatına, sülhə və davamlı inkişafa köməyə, bütün ölkələrlə sülhsevər və mehriban münasibətlərə cəhdə istiqamətlənmiş uzaqgörən xarici siyasət kursunun dəstəklənməsi və tanınmasının göstəricisi kimi qiymətləndirilir", - Türkmənistanın Azərbaycandakı səfiri Toyli Komekov bildirib.

Səfir ayrıca vurğulayıb ki, xarici siyasətə və neytral Türkmənistanın diplomatiyasına həsr edilmiş Türkmənistan Prezidentinin çıxışlarının ikicildlik toplusunun Azərbaycan dilinə tərcüməsi və nəşri dost və mehriban Türkmənistan və Azərbaycan arasında əlaqələrin bundan sonra daha da möhkəmləndirilməsinə yeni əhəmiyyətli töhfədir.

"Bizi yalnız dostluğun çoxəsirlik zəncirləri və iki xalqın mədəni-mənəvi ənənələrinin ümumiliyi deyil, müxtəlif sferalarda - iqtisadiyyat, siyasət, regional əməkdaşlıq məsələlərində və beynəlxalq təşkilatlar çərçivəsində strateji əməkdaşlıq birləşdirir", - o deyib.

Onun sözlərinə görə, davam edən aktiv siyasi əlaqələr hər şeydən əvvəl yüksək səviyyədə Türkmənistan-Azərbaycan münasibətlərinin aktiv inkişafı üçün möhkəm platformadır.

Komekov bildirib ki, iki ölkənin liderləri arasında ənənəvi qarşılıqlı etimad dialoqu, həmçinin beynəlxalq görüşlər və forumlar çərçivəsində beynəlxaq inkişafın ən aktual problemləri üzrə müntəzəm fikir mübadilələri müsbət əməkdaşlığın əhəmiyyətli amilləri kimi xidmət edir və əməkdaşlığın bundan sonra da möhkəmləndirilməsinə kömək edir.

Diplomat bu tədbirin bütün bəşəriyyət naminə regional təhlükəsizliyin və davamlı inkişafın təminatı üçün tarazlaşdırılmış xarici siyasətin nümunəsi kimi Türkmənistanı araşdıran, onun xarici siyasətini öyrənən politoloqlar və analitiklər üçün faydalı olacağına ümidini ifadə edib.

Konfransda tanınmış siyasi xadimlər, təcrübəli diplomatlar və analitiklər, Azərbaycanda akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri və beynəlxalq təşkilatların nümayəndələri, hökumət üzvləri və Milli Məclisin deputatları iştirak ediblər.

Konfransda çıxış edən, türkmən dilində "Neytral Türkmənistanın xarici siyasəti və diplomatiyası" toplusunu tərtib edən, Türkmənistan Xarici İşlər Nazirliyinin Beynəlxalq informasiya idarəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Bigenç Qarayev millətin liderinin islahatçı ideyalarının dərinliyi və yenilikçiliyi parlaq əks etdirməsi, onun siyasətinin tərəqqi yönümlü və humanitar əsaslı olması haqqında ətraflı danışıb.

"Tərəqqi yoli ilə gedən və hərtərəfli inkişaf etmiş Türkmənistan bu gün haqlı olaraq beynəlxalq işlərdə bərabər hüquq və ədalət prinsiplərinə möhkəm və ardıcıl sadiq qalan, ölkə və xalqların tərrəqqisi və çiçəklənməsi naminə geniş əməkdaşlıq və tərəfdaşlıq ideyalarının fəal bələdçisi olan sülhməramlı dövlət nüfuzunu qazanıb", - Qarayev deyib.

Konfransda, həmçinin Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, İsveçrə Konfederasiyasının Türkmənistan və Azərbaycandakı səfiri Sabina Ulman Şaban, Azərbaycan Diplomatik Akademiyasının prorektoru Fariz İsmayılzadə çıxış ediblər. Onlar Türkmənistanın xarici siyasəti və Azərbaycan-Türkmənistan münasibətləri mövzularına toxunublar.

Kitab AZMECO şirkətinin dəstəyi ilə "Letterpress" nəşriyyat evində çap edilib.

Xəbər lenti

Xəbər lenti