...

Türkiyənin keçmiş baş naziri: Azərbaycan və Türkiyənin hərbi əməkdaşlığı bölgədə sülh və əmin-amanlığın təminatçısıdır

Siyasət Materials 27 Sentyabr 2012 10:37 (UTC +04:00)
Gələcəkdə davam edəcək Azərbaycan və Türkiyənin birgə əməkdaşlığı bölgədə sülh və əmin-amanlığın təminatçısıdır, beynəlxalq məsələlərin, problemlərin həll olunması deməkdir.
Türkiyənin keçmiş baş naziri: Azərbaycan və Türkiyənin hərbi əməkdaşlığı bölgədə sülh və əmin-amanlığın təminatçısıdır

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir M.Əliyev/

Gələcəkdə davam edəcək Azərbaycan və Türkiyənin birgə əməkdaşlığı bölgədə sülh və əmin-amanlığın təminatçısıdır, beynəlxalq məsələlərin, problemlərin həll olunması deməkdir. Trend-in məlumatına görə, bunu cümə axşamı Bakıda jurnalistlərə Türkiyənin keçmiş baş naziri Məsut Yılmaz bildirib.

"Bunu həyata keçirmək üçün də güclü olmaq lazımdır, iki ölkənin gücünün birləşdirilməsi bölgədəki sülhün sığortaçısıdır", - Yılmaz deyib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə arasında hərbi sahədə yüksək səviyyəli əməkdaşlıq var. Yılmaz qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Türkiyə ona silahlı qüvvələrinin hazırlığı istiqamətində yardım etdi.

Xəbər lenti

Xəbər lenti