...

Elmar Məmmədyarov Uruqvayın Nümayəndələr Palatasının üzvlərini qəbul edib

Siyasət Materials 5 Oktyabr 2012 19:07 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Uruqvayın Nümayəndələr Palatasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul etmişdir.
Elmar Məmmədyarov Uruqvayın Nümayəndələr Palatasının üzvlərini qəbul edib

Azərbaycan, Bakı, 5 oktyabr /Trend/

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Uruqvayın Nümayəndələr Palatasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul etmişdir.

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazir Uruqvay parlament nümayəndə heyətinin ölkəmizə səfərini yüksək qiymətləndirmiş və ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün imkanların olduğunu qeyd etmişdir. Azərbaycan və Uruqvay arasında əlaqələrin inkişafı baxımından yüksək səviyyəli səfərlərin artırılmasının əhəmiyyətini vurğulamış və bu çərçivədə hər iki ölkənin parlamentləri arasında təmasların önəmini qeyd etmişdir.

Uruqvay nümayəndə heyətinin üzvləri Azərbaycana səfər etmələrindən məmnun olduqlarını, ölkəmizdə müşahidə etdikləri inkişafın onlarda xoş təəssürat doğurduğunu bildirmişlər. Həmçinin Uruqvayın Azərbaycanla ikitərəfli əlaqələri genişləndirməkdə maraqlı olduğu vurğulanmış və bu baxımdan parlamentlər arasında təmasların artırılmasının vacibliyi bildirilmişdir. Bakıda keçirilən 2-ci Beynəlxalq Humanitar Forumda iştirak etdiklərini və Forumun dialoq və anlaşma şəraitində humanitar məsələlərin müzakirəsi üçün gözəl platforma olduğunu vurğulamışlar.

Xəbər lenti

Xəbər lenti