Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir R.Hafizoğlu/
Livanın "Hizbullah" təşkilatının dəstələri Suriyada döyüşür. Trend-in Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə şənbə günü Hələbin müxalif hərbi şurasının polkovniki əl-Akkadi bildirib.
Onun sözlərinə görə, "Hizbullah" dəstələri, əsasən, Hələb və Hums şəhərlərində vuruşurlar.
Qeyd edək ki, daha əvvəl Livanın sabiq Baş naziri Saad əl-Həriri bildirmişdi ki, "Hizbullah" Suriya rejimini yaraqlılar və silahlarla təmin edir.