...

"Metsamor" AES-in istismar müddəti uzadılıb

Siyasət Materials 18 Oktyabr 2012 20:06 (UTC +04:00)
"Metsamor" atom elektrik stansiyasının (AES) istismar müddəti 10 il uzadılıb. Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə cümə axşamı ölkənin energetika naziri Armen Movsisyan deyib.
"Metsamor" AES-in istismar müddəti uzadılıb

Azərbaycan, Bakı, 18 oktyabr /Trend/

"Metsamor" atom elektrik stansiyasının (AES) istismar müddəti 10 il uzadılıb. Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə cümə axşamı ölkənin energetika naziri Armen Movsisyan deyib.

Daha əvvəl qeyd edilirdi ki, stansiyanın istismar müddəti 2016-cı ildə başa çatacaq.

Bu gün iqtisadi məsələlər üzrə Ermənistan-ABŞ hökumətlərarası komissiyanın iclasının yekununa dair Ermənistanın energetika naziri və ABŞ-ın bu ölkədəki səfiri Con Heffern anlaşma memorandumu imzalayıblar. Sənəddə, həmçinin, iki ölkənin atom enerjisi sahəsində əməkdaşlığı qeyd edilir.

"Biz bu sahədə Ermənistan ilə əməkdaşlıq etmişik və bundan sonra da edəcəyik", - ABŞ səfiri vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti