...

Azərbaycan və BMT əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər (FOTO)

Siyasət Materials 30 Oktyabr 2012 17:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir M.Əliyev/

Xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə axşamı BMT-nin Azərbaycanda yeni rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Antonius Bernardus Broek ilə Azərbaycan və BMT təsisatları arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində layihələri müzakirə edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Məmmədyarov Azərbaycanın beynəlxalq inkişafa yardım siyasəti haqqında məlumat verib və ölkəmizin yardım siyasətinin əlaqələndirilməsi məqsədilə xüsusi dövlət agentliyinin - Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin təsis edildiyini diqqətə çatdırıb.

Nazir, həmçinin ölkəmizin hazırda müxtəlif yardım layihələri həyata keçirdiyini və bu istiqamətdə Azərbaycan və BMT-nin İnkişaf Proqramı arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Antonius Bernardus Broek bu vəzifəyə təyin olunması ilə bağlı etimadnaməsinin surətini xarici işlər naziri Elmar Məmmədyarova təqdim edib. O, Azərbaycanın BMT təsisatları ilə səmərəli əməkdaşlığını vurğulayıb və ölkəmizin beynəlxalq inkişafa yardım istiqamətində atdığı addımların təqdirəlayiq olduğunu nəzərə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti