...

Samur-Yalama Milli Parkı yaradılacaq

Siyasət Materials 5 Noyabr 2012 19:05 (UTC +04:00)
Prezidenti İlham Əliyev Azərbaycan Samur-Yalama Milli Parkının yaradılması haqqında sərəncam imzalayıb.
Samur-Yalama Milli Parkı yaradılacaq

Azərbaycan, Bakı, 5 noyabr /Trend/

Prezidenti İlham Əliyev Azərbaycan Samur-Yalama Milli Parkının yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycanın Xaçmaz rayonunun inzibati ərazisində olan dövlət meşə fondu torpaqlarının əlavə olunan yerquruluşu planında göstərilmiş 11772,45 hektarlıq sahəsində Azərbaycanın Samur-Yalama Milli Parkı yaradılsın.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bu sərəncam "Azərbaycan Respublikasını təmsil edən Maliyyə Nazirliyi və Kreditanştalt für Videraufbau, Frankfurt am Main ("KfW") arasında Cənubi Qafqaz üçün Ekoregional Təbiəti Mühafizə Proqramı çərçivəsində "Samur-Yalama Milli Parkının yaradılması" layihəsi üzrə Maliyyələşdirmə Müqaviləsi" və həmin müqaviləyə dair Xüsusi Razılaşmaya uyğun olaraq, Azərbaycanın götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədi daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti