...

Azərbaycanda siyasi partiyaya üzvlüyə məcbur edənlər azadlıqdan məhrum ola bilərlər

Siyasət Materials 15 Noyabr 2012 11:41 (UTC +04:00)
Azərbaycanda siyasi partiyaya üzvlüyə məcbur edənlər azadlıqdan məhrum ola bilərlər.
Azərbaycanda siyasi partiyaya üzvlüyə məcbur edənlər azadlıqdan məhrum ola bilərlər

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda siyasi partiyaya üzvlüyə məcbur edənlər azadlıqdan məhrum ola bilərlər. Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə əlavələrdə öz əksini tapır.

Məcəlləyə edilən əlavə barədə məlumat verən komitə sədri Əli Hüseynli bildirib ki, CM-ə əlavə olunan 169.1 maddədə siyasi partiyaya daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur etməyə görə 1000 manatdan 3000 manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması qeyd olunub.

Qanuna təklif olunan əlavəyə münasibət bildirən deputat Qüdrət Həsənquliyev narazılığını ifadə edib.

O deyib ki, sabah hansısa "üzdən iraq" şəxs partiya sədrinin üzünə dura bilər ki, onu zorla həmin partiyaya üzv qəbul etdirib.

"Gələcəkdə bu problemlə hakim partiya da üzləşə bilər", - Həsənquliyev qeyd edib.

Müzaikirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti