Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbirlər T.Cəfərov, E.Tariverdiyeva/
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktorunun müavini Herman Nakkartsın başçılıq etdiyi nümayəndə heyəti dekabrın əvvəlində İrana səfər edəcək. Trend-in "Fars" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İranın Atom Enerjisi Təşkilatının rəhbəri Firudin Abbasi bildirib.
Səfərdə məqsəd İranın nüvə problemi ilə bağlı danışıqları davam etdirmək və konkret nəticələr əldə etməkdir.
Qeyd edək ki, Tehran və BAEA arasında son danışıqlar bu il avqustun sonunda Vyanada keçirilib. Danışıqlarda İran tərəfinə ölkənin Agentlikdəki nümayəndəsi Əli Əsgər Sultaniyyə başçılıq edirdi.