...

Milli Məclisin sədri AŞ PA Monitorinq Komitəsinin həmməruzəçiləri ilə görüşüb

Siyasət Materials 28 Noyabr 2012 17:40 (UTC +04:00)
Milli Məclisin sədri Oqtay Əsədov çərşənbə günü Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt Font de Moranı və Cozef Debono Qrexi qəbul edib.
Milli Məclisin sədri AŞ PA Monitorinq Komitəsinin həmməruzəçiləri ilə görüşüb

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir M.Əliyev/

Milli Məclisin sədri Oqtay Əsədov çərşənbə günü Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt Font de Moranı və Cozef Debono Qrexi qəbul edib.

Parlamentin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, spiker həmməruzəçilərə ötən görüşlərini xatırladaraq, aparılan müzakirələrin Azərbaycanla Avropa Şurası arasında əlaqələrin inkişafına xidmət etdiyini bildirib. Əsədov Azərbaycanda həyata keçirilən islahatlar, insan hüquq və azadlıqlarının qorunması istiqamətində görülən işlər barədə qonaqlara ətraflı məlumat verib.

O qeyd edib ki, Azərbaycan bütün beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası və onun Parlament Assambleyası ilə əlaqələrin inkişafında maraqlıdır.

Spiker vurğulayıb ki, 1994-cü ildən bu günədək Azərbaycanda 52 əfv fərmanı imzalanıb, ölkə parlamenti 9 amnistiya aktı qəbul edib.

Həmməruzəçilər ölkəmizə səfərləri zamanı keçirdikləri görüşlərdən danışaraq bildiriblər ki, məqsəd Azərbaycanla bağlı hazırlanan məruzənin son detallarını müvafiq qurumlarla müzakirə etməkdir. Məruzə Monitorinq Komitəsinin cari ilin dekabrında Parisdə keçiriləcək iclasında müzakirə olunduqdan sonra AŞ PA-nın gələn ilin qış sessiyasının gündəliyinə daxil ediləcək.

Qeyd edilib ki, məruzədə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələ və Cənubi Qafqazdakı vəziyyət öz əksini tapacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti