...

"Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyinin maliyyə qaydaları haqqında" saziş təsdiq olunub

Siyasət Materials 28 Dekabr 2012 12:56 (UTC +04:00)
Milli Məclis bu gün keçirilən plenar iclasında bir neçə sənədi təsdiqləyib.
"Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyinin maliyyə qaydaları haqqında" saziş təsdiq olunub

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Milli Məclis bu gün keçirilən plenar iclasında bir neçə sənədi təsdiqləyib.

Trend-in məlumatına görə, "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyinin maliyyə qaydaları haqqında" saziş təsdiq olunub.

Bununla yanaşı, "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun Birgə Bəyanatının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu, "Azərbaycan Respublikası Hökuməti və Bosniya və Herseqovina Nazirlər Şurası arasında diplomatik və xidməti pasportlara malik olan şəxslərin viza tələbindən azad edilməsi haqqında" saziş, "Azərbaycan Respublikası Hökuməti və Bosniya və Herseqovina Nazirlər Şurası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında" Konvensiya, "Azərbaycan Respublikası Hökuməti və İtaliya Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında" saziş, "Avropa Yenidənqurma və İnkişaf Bankının təsis edilməsi haqqında" sazişə dəyişikliklər təsdiqlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti