...

İlham Əliyev Azərbaycan, Türkiyə və Gürcüstan arasında keçiriləcək "Qafqaz Qartalı" təlimi üzrə anlaşma memorandumunu təsdiq edib

Siyasət Materials 6 Fevral 2013 19:47 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev 2012-ci il noyabrın 21-də Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında keçiriləcək xüsusi təyinatlı kiçik bölmələrin “Qafqaz Qartalı” təlimi üçün ev sahibi ölkə dəstəyinin şərtlərinə dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında fərman imzalayıb.
İlham Əliyev Azərbaycan, Türkiyə və Gürcüstan arasında keçiriləcək "Qafqaz Qartalı" təlimi üzrə anlaşma memorandumunu təsdiq edib

Azərbaycan, Bakı, 6 fevral /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev 2012-ci il noyabrın 21-də Ankara şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında keçiriləcək xüsusi təyinatlı kiçik bölmələrin "Qafqaz Qartalı" təlimi üçün ev sahibi ölkə dəstəyinin şərtlərinə dair Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında fərman imzalayıb.

Müdafiə Nazirliyinə bu fərmanda göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə isə həmin Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə və Gürcüstan hökumətlərini xəbərdar etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti