...

Azərbaycan "Cənubi Qafqaz 1903-cü il" xəritəsini hazırlayıb

Siyasət Materials 15 Fevral 2013 14:13 (UTC +04:00)
Azərbaycan hökuməti fevral ayında ölkənin milli atlası və "Cənubi Qafqaz 1903-cü il" xəritəsi layihələrini nəzərdən keçirəcək. Trend-in məlumatına görə, bu barədə cümə günü Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov jurnalistlərə deyib.
Azərbaycan "Cənubi Qafqaz 1903-cü il" xəritəsini hazırlayıb

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir A.Axundov/

Azərbaycan hökuməti fevral ayında ölkənin milli atlası və "Cənubi Qafqaz 1903-cü il" xəritəsi layihələrini nəzərdən keçirəcək. Trend-in məlumatına görə, bu barədə cümə günü Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov jurnalistlərə deyib.

"Prezidentin sərəncamına uyğun olaraq, "Cənubi Qafqaz 1903-cü il" xəritəsini, habelə Azərbaycanın milli atlasının ilkin varinatını hazırladıq və nəşr etdik. Gələn həftə Baş nazir Artur Rasizadənin sədrliyi və komitənin mütəxəssislərinin iştirakı ilə müşavirə keçiriləcək. Müşavirədə bu layihələr nəzərdən keçiriləcək", - Məmmədov deyib.

Onun sözlərinə görə, "Cənubi Qafqaz 1903-cü il" xəritəsinin hazırlanması erməni saxtakarlığı cəhdlərinin qarşısını almaq məqsədi daşıyır.

"Ermənilər iddia edirlər ki, bu ərazilərdə çoxdan yaşayırlar və guya Xəzər dənizi və Qara dəniz arasındakı ərazi qədim erməni torpağıdır. 1903-cü ildə Çar Rusiyasında Qafqazın xəritəsi tərtib edilmişdi. Həmin xəritədə heç bir erməni toponimi və hidronimini görmürük. Bundan başqa, bu xəritənin özəlliyi ondan ibarətdir ki, o, üçüncü tərəf - Rusiya tərəfindən nəşr edilib. Rusiyanın Ermənistana münasibəti isə hamımıza yaxşı məlumdur. Bu onu göstərir ki, bu, qədim Azərbaycan əraziləridir, ermənilər burada yaşamayıblar", - Məmmədov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti