...

Türkiyə prokurorluğu Baş Qərargahın sabiq rəisinə ömürlük həbs cəzası istəyir

Siyasət Materials 19 Mart 2013 10:12 (UTC +04:00)
Türkiyə prokurorluğu Silahlı Qüvvələrin Baş Qərargahının sabiq rəisi İlkər Başbuğun ömürlük həbs cəzasına məhkum edilməsini tələb edib.
Türkiyə prokurorluğu Baş Qərargahın sabiq rəisinə ömürlük həbs cəzası istəyir

Azərbaycan, Bakı, 19 mart/Trend, müxbir A. Tağıyeva/

Türkiyə prokurorluğu Silahlı Qüvvələrin Baş Qərargahının sabiq rəisi İlkər Başbuğun ömürlük həbs cəzasına məhkum edilməsini tələb edib. Bu barədə Trend çərşənbə axşamı "Anadolu" agentliyinə istinadən məlumat verir.

Başbuğ hakim Ədalət və İnkişaf Partiyasını nüfuzdan salmağa dair kampaniyanın təşkil edilməsində iştirakda təqsirləndirilir.

Bundan başqa, dövlət çevrilişi işi üzrə təqsirləndirilən 63 nəfəri də ömürlük həbs cəzası gözləyir. Təqsirləndirilənlər arasında müxalif Respublika Milli Partiyasının deputatları Mehmet Haberal və Mustafa Balbay da var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti