...

Əli Həsənov: Azərbaycan gəncliyi bu gün dövlətin və onun xaricdəki bütün imkanlarından istifadə edir

Siyasət Materials 17 Aprel 2013 12:24 (UTC +04:00)
Azərbaycan gəncliyi bu gün dövlətin və onun xaricdəki bütün imkanlarından istifadə edir, çünki dövlət siyasətinin əsas məqsədi vətəndaş, xüsusən də gənc vətəndaşlardır.
Əli Həsənov: Azərbaycan gəncliyi bu gün dövlətin və onun xaricdəki bütün imkanlarından istifadə edir

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycan gəncliyi bu gün dövlətin və onun xaricdəki bütün imkanlarından istifadə edir, çünki dövlət siyasətinin əsas məqsədi vətəndaş, xüsusən də gənc vətəndaşlardır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çərşənbə günü jurnalistlərə bildirib.

Həsənov bəzi dairələrin Azərbaycan gəncliyinin narazı olması ilə bağlı yaydığı məlumatlara da münasibət bildirib.

"Bu gün birmənalı şəkildə Azərbaycan dövlətinin gənclər siyasətini, Azərbaycan gənclərinin inkişafı ilə bağlı uzun illərdir həyata keçirilən dövlət proqramlarının nəticələrini, Azərbaycan gəncliyinin real vəziyyətini təhrif etmək normal hal deyil. Azərbaycanın bütün sağlam gəncliyi bunun əleyhinədir", - o deyib.

Həsənov eyni zamanda qeyd edib ki, bu gün Azərbaycan gəncliyinin bəzi problemləri də var və Dövlət proqramları da qəbul olunub ki, gəncliyin problemləri həll olunsun.

"Bunlar məşğulluq, ev və digər problemlərdir", - o deyib.

Həsənov deyib ki, gənclər dövlətin gənclərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı ipoteka kreditlərinin əlçatanlığının təmin olunması ilə bağlı təşəbbüslərindən istifadə edəcəklər və mənzil şəraitini yaxşılaşdıracaqlar. O, həmçinin təhsillə bağlı neçə illərdir xüsusi Dövlət proqramlarının fəaliyyət göstərdiyini də qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti