...

Ermənistan və İran mədəniyyət sahəsində əməkdaşlıq proqramı imzalayıblar

Siyasət Materials 19 Aprel 2013 15:52 (UTC +04:00)
Ermənistan və İran cümə günü "Ermənistan Mədəniyyət Nazirliyi və İran Mədəniyyət Nazirliyi arasında 2013-2016-cı illər üçün mədəniyyət və incəsənət sahəsində əməkdaşlıq haqqında" proqram imzalayıblar.
Ermənistan və İran mədəniyyət sahəsində əməkdaşlıq proqramı imzalayıblar

Azərbaycan, Bakı, 19 aprel /Trend/

Ermənistan və İran cümə günü "Ermənistan Mədəniyyət Nazirliyi və İran Mədəniyyət Nazirliyi arasında 2013-2016-cı illər üçün mədəniyyət və incəsənət sahəsində əməkdaşlıq haqqında" proqram imzalayıblar. Bu barədə Trend Ermənistan KİV-ə istinadən məlumat verir.

Sənədin Ermənistanın mədəniyyət naziri vəzifəsini icra edən Asmik Poqosyan və onun iranlı həmkarı Seyid Məhəmməd Hüseyni imzalayıblar.

Proqrama əsasən, tərəflər iki ölkədə Ermənistan və İran mədəniyyət həftələrinin təşkilinə, iki ölkədə keçiriləcək festival, müsabiqə və sərgilərdə öz nümayəndələrinin iştirakına yardım edəcəklər.

Tərəflər, həmçinin kino istehsalı sahəsində əməkdaşlıq edəcək və iki ölkədə Ermənistan və İran filmlərinin nümayişinə yardım edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti