...

Madrid Klubu ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında əməkdaşlıq protokolu imzalanıb

Siyasət Materials 8 May 2013 13:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir M.Əliyev/

Birinci Qafqaz Forumunun sonunda Madrid Klubu ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında əməkdaşlıq protokolu imzalanıb. Trend-in məlumatına görə, bunu forumdan sonra baş tutan mətbuat konfransında çıxış edən Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib.

İbrahimov deyib ki, protokolda gələcəkdə bu kimi tədbirlərin keçirilməsinə dəstək ifadə olunub:

"Azərbaycan dövləti bu cür tədbirlərə öz dəstəyini göstərəcək. Birinci Cənubi Qafqaz Forumu öz işinii uğurla başa vurub".

İbrahimov deyib ki, forum Azərbaycanın dünyaya tanıdılması üçün çox əhəmiyyətli olub. Tədbirin keçirilməsi göstərdi ki, Azərbaycanın həyatının bütün sahələrində sürətli inkişaf gedir.

Dövlət Komitəsinin sədri bildirib ki, forumda sivilyasiyalararası, mədəniyyətlərarası dialoq, dözümlülük, tolerantlıq məsələləri, qadın hüquqları ətrafında müzakirələr gedib. Azərbaycan bugün dünyaya tolerantlıq nümayiş etdirir və bu səbəbdən Bakı təsadüfü seçilməyib. O qeyd edib ki, gələcəkdə aparılacaq tədbirlər Bakının mədəniyyət və dialoq mərkəzinə çevrilməsinə xidmət edəcək.

Daha sonra çıxış edən Madrid Klubunun Prezidenti, Niderlandın sabiq Baş naziri Vim Kok bildirib ki, iki gün davam edən konfrans çərçivəsində dini, mədəni fərqliliklərlə bağlı müzakirələr aparılıb. O qeyd edib ki, müzakirələrin məqsədi ondan ibarət olub ki, müxtəlif məsələlərin həllinə birgə çalışmaq nəticəsində nail olmaq olar. V.Kok əvvəlcə Gəncədə keçirilən genişmiqyaslı konfrans barədə məlumat verərək deyib ki, həmin tədbir qadınların sosial-iqtisadi həyatda rolunun artırılmasına xidmət edib. V.Kok deyib ki, Bakıda ilk dəfə olan forum iştirakçıları böyük təəssüratlar əldə ediblər, təkrar gələnlər isə böyük inkişafın şahidi olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti