...

İndoneziyada ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi qeyd olunub (FOTO)

Siyasət Materials 10 May 2013 16:36 (UTC +04:00)
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı Azərbaycanın İndoneziyadakı səfirliyində təntənəli tədbir keçirilib, Heydər Əliyev haqqında sənədli film və fotoşəkillər nümayiş etdirilib.
İndoneziyada ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi qeyd olunub (FOTO)

Azərbaycan, Bakı, 10 may /Trend/

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı Azərbaycanın İndoneziyadakı səfirliyində təntənəli tədbir keçirilib, Heydər Əliyev haqqında sənədli film və fotoşəkillər nümayiş etdirilib. Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.

Tədbirdə çıxış edən səfir Tamerlan Qarayev bildirib ki, Azarbaycanın 1960-cı illərin sonundan başlanan və 21-ci əsrə adlayan tarixinin otuz beş illik bir dövrü Heydər Əliyevin adı ilə bağlıdır. Qarayev Heydər Əliyevin bütün bu illərdə Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıdığını, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır sərt sınaqlarından çıxardığını, müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkəti, onun bügünkü həqiqətlərini, işıqlı sabahının etibarlı bünövrəsini yaratdığını vurğulamışdır. Səfır qeyd etmişdir ki, Heydər Əliyev bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş, öz fəaliyyətində həmişə xalqa arxalanmış, әn çətin anlarda ona müraciət etmişdir, Azərbaycan xalqı heç vaxt ondan dəstəyini əsirgəməmişdir. Yekunda T.Qarayev Azərbaycan xalqının ümummilli lideri, müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını vurğulamışdır.

Tədbirdə İndoneziya parlamentinin üzvləri, siyasi partiya rəhbərləri, XİN əməkdaşları, ictimai və siyasi xadimlər, diplomatik korpus, KİV nümayəndələri, Azərbaycan və türk icmaları işlirak etmişlər.

İndoneziyanın bir sıra rəsmiləri, qeyri-hökumət təşkilatları, Azərbaycana dost münasibət bəsləyən nüfuzlu ictimai xadimlər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə səfirliyə gül çələngləri göndərmişlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti