...

Müdafiə sənayesi naziri Pakistanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

Siyasət Materials 16 May 2013 12:39 (UTC +04:00)
Müdafiə sənayesi naziri Yavər Camalov Pakistanın Azərbaycandakı səfirini qəbul edib.
Müdafiə sənayesi naziri Pakistanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

Azərbaycan, Bakı, 16 may /Trend müxbir İ.İzzət/

Nazir Yavər Camalov Pakistanın Azərbaycandakı səfirini qəbul edib.

Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müdafiə sənayesi naziri Yavər Camalov Pakistan İslam Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İkramullah Məhsudu qəbul edib.

Nazir Yavər Camalov ona diplomatik fəaliyyətində uğurlar arzulayıb. Nazir Azərbaycan ilə Pakistan arasındakı ikitərəfli münasibətləri yüksək qiymətləndirdiyini vurğulayıb.

Yavər Camalov Azərbaycan Respublikası hökuməti ilə Pakistan İslam Respublikası hökuməti arasında Azərbaycan - Pakistan Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri olduğunu səfirə xatırladıb və iki ölkə arasında münasibətlərin inkişaf etməsində maraqlı olduğunu bildirib. Bununla bağlı görülmüş işlərdən danışan nazir Azərbaycan - Pakistan Hökumətlərarası Komissiyasının 6-cı iclasının bu il keçiriləcəyini də açıqlayıb.

Sonra nazir Müdafiə Sənayesi Nazirliyinin yaranması və fəaliyyəti barədə səfirə geniş məlumat verib.

Səfir İkramullah Məhsud isə səmimi qəbula görə minnətdarlığını bildirib.

Tanışlıq xarakteri daşıyan görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti