...

Əli Həsənov: Azərbaycan yerli və beynəlxalq qurumlarla vətəndaş cəmiyyətinin əsasında dayanan məsələlər üzrə dialoqların keçirilməsini təqdir edir

Siyasət Materials 22 May 2013 11:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 may /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan hökuməti vətəndaş cəmiyyəti institutları, KİV-lə, yerli və beynəlxalq qurumlarla vətəndaş cəmiyyəti strukturunun əsasında dayanan məsələlər üzrə dialoqların keçirilməsini təqdir edir.

Trend-in məlumatına görə, bu barədə "İnsan hüquqları üzrə islahatlar: Diffamasiya haqqında qanunvericilik perspektivləri" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib:

"Azərbaycan hökumətinin nümayəndələri olaraq vətəndaş cəmiyyəti institutları, KİV-lə, yerli və beynəlxalq qurumlarla, o cümlədən hakimiyyətin digər qanadları ilə cəmiyyəti maraqlandıran, insan hüquqları sahəsində prinsipial məsələlərə aid olunan bütün vətəndaş cəmiyyəti strukturunun əsasında dayanan məsələlər üzrə belə dialoqların keçirilməsini təqdir edirik və dəstəkləyirik. Hər bir dialoq, fikir mübadiləsi sonda optimal yolların tapılmasına şərait yaradır, fərqli fikirlərin ümumi ortaq nöqtələrdə uzlaşdırılması üçün müvafiq qurumlara əlavə dəstək verir".

Həsənov qeyd edib ki, bu anlamda həm insan hüquqlarının bütün sahələri üzrə, o cümlədən insanların mətbuatla, medianın cəmiyyətlə münasibətləri məsələlərinə toxunulması bu günki Azərbaycan cəmiyyətində aktual məsələdir: "Azərbaycanda insan hüquq və azadlıqlarının təminatı ilə bağlı 1995-ci ildə Azərbaycanın Konstitusiyasında mühüm bölmələr öz əksini tapıb. Bu, konstitusiyadan sonra qəbul olunan əksər qanunlar və təşəbbüslər cəmiyyətdə insan hüquqlarının təminatının dolğunlaşdırılması, beynəlxalq aləmdə mövcud olan ən qabaqcıl təcrübələrin öyrənilməsi və Azərbaycan cəmiyyətində onun tətbiqinə yönəlib. Biz elə bir cəmiyyət arzulayırıq ki, insanların hüquqlarının balansı olsun, hüquqlar dolğun təmin olunsun və hər bir vətəndaş özünü Azərbaycan cəmiyyətində inamlı hiss etsin, haqqının qorunması ilə bağlı qaranta malik olsun. Əlbəttə, qanunvericilik təşəbbüsləri və onun icrası da buna yönəlməlidir ki, insanların hüquqları arasında balans olsun".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti