Azərbaycan, Bakı, 23 may /Trend/
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğludan bir milyon lirəlik təzminat tələb edir.
Trend Türkiyə KİV-ə istinadən məlumat verir ki, Ərdoğan Kılıçdaroğludan Brüsseldəki görüşlərdə onu Suriya Prezidenti Bəşşar Əsədə bənzədən ifadələr işlətdiyi üçün təzminat tələb edir.