Azərbaycan, Bakı, 28 may /Trend/
Suriya hakimiyyəti müxalifətə qarşı kimyəvi silahdan istifadə edib. Trend RBK-ya istinadən xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Loran Fabius deyib.
"Hazırda informasiyalara əsaslanaraq deyə bilərik ki, Suriya hakimiyyəti müxalifətə qarşı kimyəvi silahdan istifadə edib. Biz alınan məlumatların səhihliyini müttəfiqlərimizlə yoxlayırıq" - deyə Fabius əlavə edib.