...

Azərbaycan Milli Məclisinin növbədənkənar iclası öz işinə başlayıb

Siyasət Materials 13 İyun 2013 11:59 (UTC +04:00)
Azərbaycan Milli Məclisinin növbədənkənar iclası öz işinə başlayıb.
Azərbaycan Milli Məclisinin növbədənkənar iclası öz işinə başlayıb

Azərbaycan, Bakı, 13 iyun / Trend, müxbir M.Əliyev/

Cümə axşamı Azərbaycan Milli Məclisinin növbədənkənar iclası öz işinə başlayıb.

Trend-in məlumatına görə, növbədənkənar sessiyanın gündəliyinə 7 məsələ daxil edilib. Millət vəkilləri, ilk növbədə Miqrasiya Məcəlləsinin layihəsini üçüncü oxunuşda, həmçinin Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında qanun layihəsini müzakirəyə çıxaracaqlar.

İclasda "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" qanun layihəsi də üçüncü oxunuşda, "Gömrük tarifi haqqında" və "İctimai iştirakçılıq haqqında" qanun layihələri isə ikinci oxunuşda müzakirəyə çıxarılacaq.

Növbədənkənar iclas zamanı, həmçinin İnzibati Xətalar Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində dəyişikliklərin edilməsi müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti