...

Həsən Ruhani: Dünya ölkələri ilə konstruktiv qarşılıqlı fəaliyyət vacibdir

Siyasət Materials 17 İyun 2013 17:53 (UTC +04:00)
İranın yeni seçilmiş Prezidenti Həsən Ruhani bazar günü keçirdiyi mətbuat konfransında ona səs verən insanlara təşəkkür edib.
Həsən Ruhani: Dünya ölkələri ilə konstruktiv qarşılıqlı fəaliyyət vacibdir

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir D.Xatınoğlu/

İranın yeni seçilmiş Prezidenti Həsən Ruhani bazar günü keçirdiyi mətbuat konfransında ona səs verən insanlara təşəkkür edib.

Trend-in məlumatına görə, o özünün ilk mətbuat konfransında ali lider Əli Xamneyiyə də minnətdarlığını bildirib.

Ruhani seçkiqabağı kampaniya zamanı verdiyi sözləri unutmadığını deyib və əlavə edib ki, onun əsas vəzifəsi ölkənin iqtisadiyyatını xilas etməkdir.

O bildirib ki, mülayim siyasət yürüdəcək.

Ruhani dünya ölkələri ilə konstruktiv qarşılıqlı fəaliyyətin vacibliyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti