...

TÜRKPA Baş katibinin müavini Astanaya səfər edəcək

Siyasət Materials 25 İyun 2013 11:36 (UTC +04:00)
TÜRKPA Baş katibinin müavini Mels Semqaliyev iyunun 27-28-də Astanada keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Xüsusi İşçi Qrupu və Yüksək vəzifəli Şəxslərin Komitəsinin toplantısında iştirak edəcək.
TÜRKPA Baş katibinin müavini Astanaya səfər edəcək

Azərbaycan, Bakı, 25 iyun /Trend /

TÜRKPA Baş katibinin müavini Mels Semqaliyev iyunun 27-28-də Astanada keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Xüsusi İşçi Qrupu və Yüksək vəzifəli Şəxslərin Komitəsinin toplantısında iştirak edəcək.

TÜRKPA Baş Katibliyindən Trend-ə daxil olan məlumata görə, toplantıda etimad tədbirlərinin müxtəlif səviyyələrdə - hərbi-siyasi, iqtisadi, terrorizm strategiyası xarici əlaqələr və digər səviyyələrdə həyata keçirilməsinə dair müzakirələr aparılacaq.

Qeyd edək ki, TÜRKPA Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə müşahidəçi statusunda iştirak edir.

Səfər ərzində TÜRKPA Beynəlxalq Katibliyini Baş katibin müavini Mels Semqaliyev təmsil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti