...

İlham Əliyev Tamara Sinyavskayanı təbrik edib

Siyasət Materials 6 İyul 2013 20:00 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev ölkənin xalq artisti Tamara Sinyavskayaya onun yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Tamara Sinyavskayanı təbrik edib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 6 iyul /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev ölkənin xalq artisti Tamara Sinyavskayaya onun yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Sizi - görkəmli musiqi mədəniyyəti xadimini, gözəl müğənni və istedadlı pedaqoqu yubileyiniz münasibətilə təbrik edirəm. Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram. Sizin opera səhnəsinə ilk gəlişinizdən başlayaraq sənətşünaslar səsinizin bənzərsiz tembrini, böyük fitri istedadınızı və şəxsiyyətinizin heyrətamiz cazibəsini qeyd etmişlər. Nüfuzlu beynəlxalq müsabiqələrdə qazandığınız mükafatlar nadir istedadınızın və yüksək peşəkarlığınızın təsdiqidir. Böyük metso-sopranoların ənənələrinin davamçısı kimi Siz məxsusi ifaçılıq tərzinizi formalaşdırmağa, opera teatrı salnaməsində həmişəlik yaşayacaq parlaq səhnə obrazları yaratmağa nail olmusunuz. Sizə xas olan incə musiqi zövqü konsert fəaliyyətinizdə klassik repertuarı rus xalq mahnıları və müasir estrada ilə harmonik şəkildə əlaqələndirməklə müxtəlif janrlarda uğur qazanmaq imkanı vermişdir. Bu gün Sizin zəngin təcrübənizin gənc müğənnilərə çatdırılmasına yönəlmiş pedaqoji fəaliyyətiniz, heç şübhəsiz, yeni mədəni elitanın formalaşmasına şərait yaradır. Siz Azərbaycanın böyük dostu kimi bizim musiqi mədəniyyətimizi həmişə ləyaqətlə təmsil etmiş, Azərbaycan-Rusiya mədəni əlaqələrinin inkişafına və genişlənməsinə töhfə vermisiniz. Əminəm ki, bundan sonra da belə olacaqdır".

Xəbər lenti

Xəbər lenti