...

YAP Binəqədi rayon təşkilatına yeni sədr seçilib

Siyasət Materials 11 İyul 2013 15:44 (UTC +04:00)
Bu gün Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının növbəti konfransı olub.
YAP Binəqədi rayon təşkilatına yeni sədr seçilib

Azərbaycan, Bakı, 11 iyul /Trend/

Bu gün Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının növbəti konfransı olub.

Trend-in məlumatına görə, konfrans təşkilat məsələlərinə baxıx, rayon təşkilatının sədri Nəbi Xəlilovun başqa işə keçməsi ilə əlaqədar onun istefa ərizəsini qəbul edib.

Təşkilata yeni sədr Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Cahandar oğlu Göyüşov seçilib.

Həmçinin, rayon təşkilatının Şura üzvlərinin tərkibində dəyişikliklər edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti