Fuad Ələsgərov: Azərbaycanda daimi yaşamaq istəyən əcnəbilərin hüquq və vəzifələri, dövlət dili ilə bağlı bilikləri yoxlanılacaq (MÜSAHİBƏ)

Fuad Ələsgərov: Azərbaycanda daimi yaşamaq istəyən əcnəbilərin hüquq və vəzifələri, dövlət dili ilə bağlı bilikləri yoxlanılacaq (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 12 iyul /Trend/

Trend Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun mətbuata müsahibəsini təqdim edir

- Azərbaycan Respublikasının Prezidenti "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Qanunu imzaladı. Yeni məcəllə barədə fikirlərinizi bilmək maraqlı olardı.

- Miqrasiya Məcəlləsinin qəbul edilməsi bütün sahələrdə olduğu kimi miqrasiya sahəsində də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının həyata keçirdiyi uğurlu islahatların tərkib hissədir. Son onillikdə Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı ölkəmizə marağı artırmış, bu isə öz növbəsində miqrasiya proseslərinin intensivləşməsinə gətirib çıxarmışdır. Belə şəraitdə miqrasiya proseslərinin idarə olunması və tənzimlənməsi ehtiyacları köklü islahatların həyata keçirilməsini zəruri etmişdir.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən miqrasiya siyasətinin prioritet istiqamətləri müəyyən edilmiş, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, institusional mexanizmlərinin yaradılması, miqrasiya proseslərinin idarə olunmasında yeni informasiya texnologiyalarının tətbiq edilməsi, qeyri-qanuni miqrasiyanın qarşının alınması üzrə kompleks tədbirlərin həyata keçirilməsi qarşıya vəzifə kimi qoyulmuşdur. Həyata keçiriləcək tədbirlərdən biri də Miqrasiya Məcəlləsinin qəbul edilməsi idi. Məcəllə miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi ilə bağlı normaları müəyyənləşdirən vahid sənəddir.

Məcəllə üzərində iş bir neçə il davam etmiş, sənədin hazırlanmasına müxtəlif dövlət orqanları, mütəxəssislər, alimlər, vətəndaş cəmiyyətinin nümayəndələri və bir sıra beynəlxalq təşkilatların ekspertləri cəlb edilmişdir. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyinin, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Nümayəndəliyinin, Azərbaycanda Amerika Ticarət Palatası və digər təşkilatların təklifləri nəzərə alınmışdır.

Yeni normalarla yanaşı Məcəllədə bu günədək miqrasiya sahəsini tənzimləyən müxtəlif normativ hüquqi aktların, o, cümlədən 10-a yaxın qanunun, 20-dən çox Azərbaycan Respublikası Prezidentinin aktlarının və Nazirlər Kabinetinin qərarlarının müddəaları toplanmışdır. Miqrasiya ilə bağlı normaların bir sənəddə toplanması istər bu sahədə fəaliyyət göştərən qurumların, vətəndaşlarımızın, istərsə də əcnəbilərin qanunvericiliyin tələbləri barədə məlumatın bir mənbədən, rahat şəkildə əldə etmələrinə imkan yaradacaq.

Onu qeyd etmək lazımdır ki, Miqrasiya Məcəlləsi ilk dəfə olaraq Azərbaycanda qəbul edilir.

- Məcəllədə yeni normaların olduğunu qeyd etdiniz. Yeniliklər nədən ibarətdir?

- Məcəllədə müəyyən olunmuş normalar miqrasiya prosesləri ilə bağlı müxtəlif prosedurların sadələşdirilməsinə, vətəndaşlarımızın və ölkəmizə gələn əcnəbilərin hüquqlarının təmin edilməsinə, həmin şəxslər tərəfindən qanunlara riayət olunmasına və dövlətimizin mənafeyinin qorunmasına yönəlmişdir.

Məcəllədə ilk dəfə olaraq əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin miqrasiya uçotu ilə bağlı normalar müəyyən olunmuşdur. Burada miqrasiya uçotunun məqsədləri, aparılma qaydası və əsasları öz əksini tapmışdır.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisindən tranzit keçidi qaydaları təkmilləşdirilmiş, onların qeydiyyat proseduru sadələşdirilərək, vahid miqrasiya məlumat sistemi vasitəsilə olduğu yer üzrə qeydiyyata alınması qaydası müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, olduğu yer üzrə qeydiyyatla bağlı hər hansı bir sənədin alınması, həmçinin dövlət rüsumunun ödənilməsi tələb olunmur və əcnəbilər, habelə onları qəbul edən şəxslər qeydiyyat üçün Dövlət Miqrasiya Xidmətinin internet informasiya ehtiyatı, poçt, elektron poçt vasitəsi ilə və ya şəxsən müraciət edə bilərlər.

Məcəllədə vizaların, habelə Azərbaycan Respublikasının ərazisində olma və ya yaşama icazələrinin alınması üçün elektron qaydada müraciət etmək imkanı nəzərdə tutulmuşdur.

Yaşama və iş icazələrinin verilməsi sahəsində də müsbət yeniliklər nəzərdə tutulmuşdur. Qüvvədə olan qanunvericiliyə əsasən müvəqqəti yaşamaq üçün icazənin, o cümlədən əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazənin müddəti dörd dəfədən artıq uzadıla bilməzdi. Məcəllədə bu məhdudiyyət aradan qaldırılmışdır.

Ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazənin 1 ilədək müddətə, Azərbaycan Respublikasının iqtisadiyyatına azı 500.000 manat investisiya qoyan şəxslər üçün isə 3 ilədək müddətə verilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda 1 il müddətinə verilən icazələrin növbəti dəfə 2 ilədək müddətə uzadılması nəzərdə tutulur.

Bundan sonra ölkəmizdə daimi yaşamaq istəyən əcnəbilərin hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı bilikləri yoxlanılacaq. Bunun üçün artıq cənab Prezident tərəfindən Miqrasiya Xidmətinə, Ədliyyə və Təhsil nazirliklərinə birgə komissiyanın yaradılması, həmin komissiyanın fəaliyyət qaydasının təsdiq edilməsi və tələb olunan qanunlardan çıxarışları əks etdirən nəşrlərin hazırlanması ilə bağlı tapşırıqlar verilmişdir.

Qanunvericilikdə indiyədək mövcud olan "immiqrant", "immiqrant statusu" anlayışları müvafiq olaraq "Azərbaycan Respublikasının ərazisində daimi yaşayan", "daimi yaşamaq üçün icazə" anlayışları ilə əvəz edilmişdir. Sadalananlardan əlavə müxtəlif beynəlxalq konvensiyaların tələblərindən irəli gələn bir çox mütərəqqi normalar da Məcəllədə öz əksini tapmışdır.

- Statusdan söz düşmüşkən, son zamanlar bəzi kütləvi informasiya vasitələrində Miqrasiya Məcəlləsinin qəbul edilməsi ilə xarici ölkə vətəndaşları olan azərbaycanlıların üzərindən əcnəbi statusunun götürüləcəyi ilə bağlı xəbərlər yayılmışdır. Bu məsələ ilə əlaqədar nə deyə bilərsiniz?

- İlk növbədə qeyd etməliyəm ki, kütləvi informasiya vasitələrində qaldırılan bu məsələ Miqrasiya Məcəlləsinin tənzimləmə predmetinə aid məsələ deyil. Məcəllədə istifadə olunan "əcnəbi", "vətəndaşlığı olmayan şəxs", "əməkçi miqrant" və s. anlayışlar hüquqi terminlərdir və müəyyən kateqoriyadan olan şəxsləri ifadə etmək üçün istifadə olunur. Səsləndirilən fikrin müəllifləri "əcnəbi statusu"nun götürülməsi dedikdə xarici olkə vətəndaşı olan azərbaycanlılara Azərbaycana gələrkən və ölkə ərazisində olarkən müəyyən güzəştlərin tətbiq edilməsini nəzərdə tuturlar. Hər hansı ölkə vətəndaşlarının digər ölkəyə gəlməsi və orada qalması rejimlərində güzəştlərin tətbiq edilməsi həmin dövlətlər arasında bağlanmış beynəlxalq müqavilələrə əsasən müəyyən edilir. Belə müqavilələrin müddəaları milliyətindən asılı olmayaraq razılığa gələn dövlətlərin vətəndaşlarının hər birinə tətbiq olunur. Azərbaycan Respublikası öz növbəsində həmyerlilərimizin yaşadığı müxtəlif dövlətlərlə vizasız gediş-gəliş rejimi tətbiq edir, xarici ölkə vətəndaşlarının qeydiyyat prosedurlarını sadələşdirir. Xaricdə yaşayan azərbaycanlılara münasibətdə "əcnəbi" termininin istifadə olunmasının dövlətin həmin şəxslərə qarşı müəyyən yanaşma tərzi kimi qəbul edilməsi tamamilə yanlış fikirdir. Harada olmasından asılı olmayaraq Azərbaycan dövləti xaricdə yaşayan azərbaycanlıların hüquq və azadlıqlarının həyata keçirilməsinə və onların öz milli varlığını yaşatmasına və inkişaf etdirməsinə daim yardım göstərir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında diaspor quruculuğu işi davam etdirilir, xaricdə yaşayan azərbaycanlılar Azərbaycan Respublikasının iqtisadi, sosial və mədəni inkişafına, cəmiyyətin və dövlətin siyasi həyatına, habelə Azərbaycan Respublikası ilə digər dövlətlər arasında qarşılıqlı surətdə münasibətlərin qurulması və inkişaf etdirilməsi işinə cəlb olunurlar.

- Vizaların alınması üçün elektron müraciət formasının müəyyən olunduğunu qeyd etdiniz, bəs ümumilikdə vizalarla bağlı nə kimi yeniliklər var?

- Məcəllədə vizalarla bağlı ayrıca fəsil nəzərdə tutulmuşdur. Burada vizaların növləri və kateqoriyaları müəyyən edilmiş, viza verilməsi üçün tələb olunan sənədlərin siyahısı və vizaların verilməsi qaydası öz əksini tapmış, vizalarla bağlı müraciətlərə baxılması müddətləri qısaldılmışdır. Azərbaycanda turizmin inkişaf etdirilməsi, habelə ölkəmizə turist kimi gələn əcnəbilərə vizaların verilməsi prosedurunun sadələşdirilməsi məqsədi ilə elektron vizaların verilməsi qaydası müəyyən olunmuşdur. Bu sistem Məcəllənin qəbul edilməsindən bir müddət əvvəl işə salınmış və artıq 2000-ə yaxın əcnəbi turistə elektron vizalar verilmişdir.

- Məcəllədə əcnəbilərin üzərinə nə kimi vəzifələr qoyulur?

- Əcnəbilərin üzərinə düşən vəzifələrin dairəsi dəqiq müəyyən edilmişdir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya beynəlxalq müqavilələrlə başqa hal nəzərdə tutulmayıbsa, vətəndaşlarımızla bərabər bütün vəzifələri yerinə yetirməlidirlər.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının milli mənafeyinə zidd olmamalıdır. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası Konstitusiyasının, qanunlarının və digər qanunvericilik aktlarının tələblərini pozmamalı, Azərbaycan xalqının adət və ənənələrinə hörmət etməlidirlər.

Əcnəbilər tərəfindən qanun pozuntusuna yol verilməsi məsuliyyətə səbəb olur. Misal üçün, Məcəllədəki yeniliklərdən biri əcnəbilərin Azərbaycan Respublikasının ərazisində olmalarının arzuolunmaz hesab edilməsi prosedurunun müəyyən edilməsidir. Bu prosedur müvafiq dövlət orqanları tərəfindən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlməsi, ölkəmizdə olması və ya yaşaması Azərbaycan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə, onun dünyəvi xarakterinə, xalqımızın vahidliyinə, ölkənin milli təhlükəsizliyinə, ictimai asayişə və ya əhalinin sağlamlığına zərər vura biləcəyi hallarda, habelə şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması bunu tələb etdikdə tətbiq edilir.

Bununla yanaşı Məcəllədə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisindən kənara çıxarılması barədə qərarın qəbul edilməsi nəzərdə tutulmuşdur. Bu yeni bir qərardır və həmin qərar miqrasiya orqanları tərəfindən müvəqqəti olma müddətinin uzadılması barədə qərarı, müvəqqəti və ya daimi yaşamaq üçün icazəsi ləğv edilmiş, Azərbaycan Respublikasının ərazisində olması arzuolunmaz hesab edilmiş, habelə cəza çəkməkdən azad edilmiş və ölkə ərazisində yaşamaları üçün əsasları olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində qəbul edilir.

- Məcəllə qəbul edildikdən sonra Azərbaycan Respublikasında miqrasiya sahəsində tam formalaşmış qanunvericilik bazasının mövcud olduğunu demək mümkündürmü?

- Sözsüz ki, Miqrasiya Məcəlləsinin qəbul edilməsi miqrasiya sahəsində qanunvericiliyin formalaşmasında atılmış mühüm bir addımdır. Lakin qanunvericilik daim inkişaf və təkmilləşmə tələb edir, praktiki fəaliyyət və gündəlik həyatda ortaya çıxan məsələlər isə yeni dəyişiklikləri zəruri edir. Azərbaycan bütün sahələrdə olduğu kimi, miqrasiya sahəsində də, mütərəqqi, qabaqcıl dünya təcrübəsindən istifadə edir. Çox sevindirici haldır ki, son zamanlar bir sıra dövlətlər Azərbaycan Respublikasının qanunvericiliyində tətbiq olunan təcrübədən istifadə edirlər. İstisna deyil ki, bizdən sonra başqa dövlətlər də öz miqrasiya məcəllələrini qəbul etsinlər.

Eyni zamanda Miqrasiya Məcəlləsinin qəbul edilməsi və bu sənəddə müxtəlif prosedurların dəqiq müəyyən olunması ölkəmizin beynəlxalq müqavilə bazasının genişlənməsinə zəmin yaradır. Misal üçün, qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında viza prosedurlarının sadələşdirilməsinə dair danışıqlar artıq başa çatmaq üzrədir və bununla bağlı sazişin "Şərq Tərəfdaşlığı" ölkələrinin cari ilin noyabr ayının 28-29-da Litva Respublikasının Vilnyus şəhərində keçiriləcək sammiti zamanı imzalanması nəzərdə tutulur. Qeyd olunan saziş qüvvəyə mindikdən sonra Şengen zonasına daxil olan Avropa ölkələrinə səfər edən Azərbaycan Respublikası vətəndaşları rahat şəkildə, bəzi hallarda isə rüsum ödəmədən həmin ölkələrə viza ala biləcəklər.

Əminəm ki, mövcud olan və gələcəkdə daha da təkmilləşəcək qanunvericilik bazası Azərbaycan vətəndaşlarının, habelə ölkəmizə gələn əcnəbilərin hüquqlarının təmin edilməsinə, qanunsuz miqrasiyanın qarşısının alınmasına və bununla da dövlətimizin təhlükəsizliyinin və milli maraqların qorunmasına xidmət edəcək.

SpaceX 140-dan çox peyki daşıyan raketi orbitə çıxarıb
SpaceX 140-dan çox peyki daşıyan raketi orbitə çıxarıb
Azərbaycanda sahibkarlıq sahəsində innovativ xidmət təqdim edilib
Azərbaycanda sahibkarlıq sahəsində innovativ xidmət təqdim edilib
İsveçdə 5G şəbəkəsinin yaradılmasında 4 şirkət iştirak edəcək
İsveçdə 5G şəbəkəsinin yaradılmasında 4 şirkət iştirak edəcək
Loading Bars
Xəbər lenti
"Pfizer" şirkəti 15 fevraldan etibarən Kanadaya koronavirus peyvəndin gətirilməsini bərpa edəcək
Dünyada 100 milyondan çox insan koronavirusa yoluxub
Ceyhun Bayramov Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi ilə görüşüb
Türkiyədə son sutkada koronavirusdan 8 108 nəfər sağalıb
Şəmkirdə anbar yanıb
XİN: Ermənistan nümayəndə heyətinin AŞPA-nın qətnamə layihəsinə əsassız düzəlişlər etmək cəhdləri uğursuzluqla nəticələnib
Rusiya prezidenti Vladimir Putin ABŞ-ın yeni seçilmiş prezidenti ilə telefonla danışıb
Tomas Tuxel "Çelsi"nin baş məqçisi təyin olunub
Böyük Britaniyada 100 mindən çox insan koronavirusdan öldü
Nəqliyyat vasitələrinin avtobus zolağı boyunca hərəkəti halları müşahidə olunur - BNA (VİDEO)
Ermənistan nümayəndə heyətinin AŞPA-nın monitorinq prosedurunun inkişafına dair təklifləri rədd edilib
Müharibə düşmən ölkənin Şuşa planını da fiaskoya uğratdı - Ekspert
Vergi Xidməti işə qəbulla bağlı əlavə sənəd qəbulu elan edib
“Vikipediya”nın polyak dili bölməsində Azərbaycanla bağlı məqalələr yaradılır
Kənd Təsərrüfatı Nazirliyində şəkər çuğunduru istehsalı ilə bağlı onlayn müşavirə keçirilib (FOTO)
Rusiyanın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
Minatəmizləmə prosesi sürətlə davam edir (VİDEOREPORTAJ)
Fermerlərin diqqətinə: Bu il fındıq bağlarının hər hektarına 4 400 manat pul veriləcək
Bakıda qadının intiharı ilə bağlı araşdırma başlanıb
Prokurorluq orqanlarına qəbul imtahanının vaxtı açıqlanıb
Ani Ödənişlər Sistemi biznes müştərilər üçün 24/7 rejimində ilk olaraq Yelo Bankda
Şəhidlərin uyuduğu torpaq yerindən asılı olmayaraq müqəddəsdir - Təxribata UYMAYAQ (FOTO)
FAO Azərbaycanın azad edilmiş ərazilərində kənd təsərrüfatının inkişafı üzrə işlərə başlayacaq
Bu rayonlara içməli su məhdudiyyətlə veriləcək
Qubadlı rayonunun Dəmirçilər kəndi (FOTO/VİDEO)
Dəniz quldurlarının öldürdüyü Fərman İsmayılovun nəşi Librevil şəhərinə gətirilib
Tofiq Bakıxanov “Şərəf” ordeni ilə təltif edildi
Albert Mustafayev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib
Bakıda yeni müntəzəm marşrut xətti təşkil edilib
Tbilisidə "Müstəqilliyə aparan yol: Azərbaycan-Gürcüstan" müsabiqəsinə yekun vurulub (FOTO)
Vüqar Səfərli ev dustaqlığına buraxılmadı
ÜST COVID-19-la bağlı kliniki təlimatları yeniləyib
Azərbaycanda qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 70%-i ötüb - Mikayıl Cabbarov
İşğaldan azad olunan ərazilərdə qaz xətlərinin çəkilməsi üçün ilkin layihə işlərinə başlanılıb
Daha bir qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu
“YAŞAT” Fondu 1624 şəxsi öhdəliyə götürüb (FOTO)
Fərdi ovçuluq təsərrüfatlarının yaradılması məsələsinə baxıla bilər - Firuddin Əliyev
ETSN ovun qadağan edilməsi ilə bağlı səslənən fikirlərə münasibət bildirib
Baş Prokurorluq təkzib edir
Milli parklarda piknik nöqtələrinin sayı artırılıb
Yeni quraşdırılacaq mexaniki sayğaclar mərkəzdən idarə olunacaq - RƏSMİ
Rusiya Qarabağdakı vəziyyəti diqqətdən kənarda qoymayacaq - Lavrov
Ombudsman Aparatının əməkdaşları Xırdalandakı partlayışı yerində araşdırıblar
Aqrar sektorun inkişafı daim diqqət mərkəzindədir - Naqif Həmzəyev
Azərbaycanda həvəskar balıq ovuna heç bir məhdudiyyət yoxdur - ETSN
Bəzi milli park və qoruqlarda kadastr sistemi üzrə işlər həyata keçiriləcək
Xırdalanda partlayış olan evin yerləşdiyi ərazidən heç bir qaz xətti keçmir - "Azəriqaz"
Ceyhun Bayramov Mevlüt Çavuşoğlu ilə telefonla danışıb
İşğaldan azad edilən ərazilərdə mühafizə olunan təbiət vətəndaşlar üçün daha əlçatan olacaq - Nazirlik
Ovlanması nəzərdə tutulan heyvanların sayının artırılması planlaşdırılır - ETSN
Azərbaycanda 551 nəfər COVID-19-dan sağalıb, 326 nəfər yoluxub, 7 nəfər vəfat edib
Regional mədəniyyət idarələrinə yeni rəislər təyin olunub (FOTO)
Milli parklarda qanunu pozan şəxslərdən 13 odlu silah götürülüb
MİDA-da 2020-ci il ərzində fəaliyyətinin nəticələrinə həsr olunmuş hesabat iclası keçirilib (FOTO)
Rusiya və Azərbaycan xilasediciləri 340 ədəd minanı zərərsizləşdirib - FHN (VİDEO)
Azərbaycandan Qətərə ekoməhsullar ixrac edilir
Ramin Quluzadə yeni vəzifəyə təyin olundu - SƏRƏNCAM
İtaliyanın baş naziri istefa verdi
Oqtay Şahbazov Prezidentin İşlər müdiri vəzifəsindən azad edildi
Pandemiyadan zərər çəkmiş sahibkarlara yenidən maliyyə dəstəyi göstərilib
Gecikdirilmiş ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edilib
Qarabağda bərpa olunan enerji mənbələrinin inkişafı üzrə Tədbirlər planı hazırlanır
Düşünürəm ki, qısa zamanda vaksinin müsbət təsirini görəcəyik - Əhliman Əmiraslanov
Dostluq yatağı ilə bağlı memorandum Xəzərin sülh dənizi statusunu möhkəmləndirəcək - Deputat
Xırdalanda partlayış olan ərazidə axtarış-xilasetmə əməliyyatı sona çatdırılıb
İran yük maşınları məhsulları gömrük postunda boşaltmadan Azərbaycana daşımağa başlayıb
"Access Bank" azad edilmiş ərazilərdə bank mərkəzlərini yaratmağı planlaşdırır
Xırdalanda dağıntılar altında daha bir nəfərin meyiti tapılıb
ÜST pandemiyanın psixi sağlamlığa təsirini müəyyən edib
Rusiya və İran XİN başçılarının görüşü keçirilir
Azərbaycanda qızıl bahalaşıb
Yumşalmadan sonra dəmir yollarından istifadə edənlərin sayı artıb
Azərbaycanda bu mallara aksiz dərəcələri tətbiq ediləcək
İranda daha 6,4 min nəfər koronavirusa yoluxub, 79 nəfər ölüb
TAP layihə gücündən kənara çıxa bilərmi? - İcraçı direktor şərtləri açıqladı
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə qurulacaq şəhərlər və kəndlər “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında qurulmalıdır
Azərbaycan Prezidenti: Müharibə bir çoxlarına Azərbaycanın potensialının nədən ibarət olduğunu göstərmişdir
Azərbaycan Tehranda keçirilən "İran Plast" sərgisinə qatılacaq
Prezident İlham Əliyev: Azərbaycanda internet azaddır, heç bir senzura yoxdur
Bir neçə aksizli malların dərəcələri artırılır
Azərbaycanda qızıl və gümüşün satışı vergidən azad olunur
Prezident İlham Əliyev: İslahatlar gedir, islahatlar labüddür və ölkə qarşısında yeni vəzifələr durur
UNEC-in alimi dünyanın 2-ci ən böyük iqtisadi onlayn platformasına ekspert seçilib
Unibank “Qarabağ Dirçəliş Fondu”na 100.000 AZN vəsait köçürüb
Prezident İlham Əliyev: Dövlət qurumları, nazirliklər mənim göstərişlərimi axıra qədər icra etməlidirlər
Quşçu palçıq vulkanının püskürmə səbəbi açıqlandı
Azərbaycan Prezidenti: Öz siyasətimizi elə qurmalıyıq ki, Azərbaycanın hərbi potensialı daim yüksək səviyyədə olsun
Miri Yusifin "Yaşat" adlı televiziya konserti olacaq (VİDEO)
Prezident İlham Əliyev: Biz elə bir şərait yaratmalıyıq ki, istedadlı gənclərimiz Azərbaycanda fəaliyyət göstərsinlər
Prezident İlham Əliyev Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibini qəbul edib (FOTO)
Tütün məhsullarının aksizli malların siyahısına daxil edilməsi təklif edilir
Azərbaycan Prezidenti: Biz peykləri orbitə çıxaranda bəziləri sual verirdilər ki, bu, nə üçün lazımdır
Prezident İlham Əliyev: Azərbaycan rabitə və yüksək texnologiyalar sahəsində bölgədə mərkəzi rol oynayır
Rusiya və İran Qarabağdakı vəziyyət üzrə dialoqun dərinləşməsində maraqlıdır - Lavrov
Prezident İlham Əliyev: Heydər Əliyev Beynəlxalq Hava Limanı beşulduzlu hava limanıdır
Azərbaycan nefti ucuzlaşır
Azərbaycan Prezidenti: Biz Xəzərdə ən böyük donanmaya sahibik
Azərbaycanda bu avadanlıq və qurğuların idxalı vergidən azad edilir
Prezident İlham Əliyev: Görülmüş tədbirlər nəticəsində bu gün Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir
Bakıda idman gimnastikası üzrə Dünya kuboku təxirə salınıb
Bütün xəbərlər