...

Möhsin Pakayin: Fələstin problemi bütün ölkələrin diqqət mərkəzində olmalıdır

Siyasət Materials 31 İyul 2013 12:13 (UTC +04:00)
Fələstin torpaqlarının işğalı bütün region ölkələri üçün təhlükə yaradır və bu bütün ölkələrin diqqətində olmalıdır. Bunu İranın Azərbaycandakı səfiri Möhsin Pakayin Qüds günü münasibəti ilə keçirdiyi mətbuat konfansında deyib.
Möhsin Pakayin: Fələstin problemi bütün ölkələrin diqqət mərkəzində olmalıdır

Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir T.Cəfərov/

Fələstin torpaqlarının işğalı bütün region ölkələri üçün təhlükə yaradır və bu bütün ölkələrin diqqətində olmalıdır. Bunu İranın Azərbaycandakı səfiri Möhsin Pakayin Qüds günü münasibəti ilə keçirdiyi mətbuat konfansında deyib.

Pakayin deyib ki, İranın Fələstin torpaqlarının azad olunması üçün layihəsi var. "İran Fələstin torpaqlarının ərazisində milli referendum keçirilməsini təklif edib. Fələstinin bütün vətəndaşları- məsihi, yəhudi və müsəlmanlar bu referendumda iştirak edərək öz taleyini təyin edə bilərlər".

Səfir bildirib ki, İranın irəli sürdüyü layihə İsrailin və yəhudi xalqının əleyhinə deyil və bu layihənin icrası ilə Fələstin vətəndaşı olan hər bir vətəndaş öz taleyini müəyyən edə bilər.

Onun sözlərinə görə, İsrail Fələstin xalqının öz taleyini təyin etməsini istəmir, bu baxımdan bütün ölkələr, o cümlədən Qərb ölkələri Fələstin xalqına dəstək olmalıdır.

Səfir bildirib ki, ABŞ və Qərb ölkələri İsrailin qorunması üçün çoxlu vəsait sərf ediblər.

M.Pakayin dünya, xüsusilə müsəlman ölkələrini Fələstin xalqının rifahı naminə İranın təklif etdiyi layihəni dəstəkləməyə çağırıb.

Qeyd edək ki, 1980-cı ildə Ramazanın axırıncı cümə günü İmam Xomeyni tərəfindən Qüds günü kimi elan olunub və o gündən indiyədək hər il İranda və bir sıra ölkələrdə bu münasibətlə və Fələstin xalqına dəstək məqsədilə etiraz mitinqləri keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti