...

Azərbaycanda əmək pensiyalarının baza hissəsi artırıldı

Siyasət Materials 27 Avqust 2013 18:38 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədi ilə sərəncam imzalayıb.
Azərbaycanda əmək pensiyalarının baza hissəsi artırıldı

Azərbaycan, Bakı, 27 avqust /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədi ilə sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2013-cü il sentyabrın 1-dən 100 manat müəyyən edilsin.

Dövlət Sosial Müdafiə Fonduna Azərbaycanın Milli Qəhrəmanlarının və şəhidlərin ailə üzvlərinin, əlillərin və digər şəxslərin əmək pensiyalarının baza hissəsinə əlavələr də daxil olmaqla, bütün növ əmək pensiyaları üzrə aylıq pensiya məbləğlərinin bu Sərəncamın 1-ci hissəsinə uyğun olaraq artırılaraq yenidən hesablanmasını təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

Sərəncama görə, "Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 31 avqust tarixli 1077 nömrəli Sərəncamının 1-ci hissəsi ləğv edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti