...

Hikmət Çətin: Türkiyə Suriyaya hərbi müdaxilədə yer almamalıdır

Siyasət Materials 2 Sentyabr 2013 10:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Türkiyə Suriyaya hərbi müdaxilədə yer almamalıdır. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Bakıda olan Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin deyib.

H.Çətin bildirib ki, ABŞ və Avropa Suriyadan uzaqdadırlar: "Onlar bu ölkədə əməliyyatlar keçirəcəklər, sonra da oradan çıxacaqlar, Türkiyə isə Suriya ilə bir yerdə qalacaq. Ona görə Türkiyənin bu məsələyə qarışmaması lazımdır".

Hikmət Çətin onu da əlavə edib ki, Suriyaya hücum etməzdən əvvəl BMT missiyanın kimyəvi silahdan istifadə olub-olmadığını müəyyənləşdirməlidir.

Keçmiş nazir hesab edir ki, əgər Suriyada kimyəvi silahdan istifadə təsdiqlənərsə, bütün dünya bununla bağlı birgə addımlar atmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti