...

Rusiya və Ermənistan hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə ediblər

Siyasət Materials 5 Sentyabr 2013 16:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 sentyabr /Trend/

Ermənistan müdafiə nazirinin birinci müavini David Tonoyan cümə axşamı Moskvada Rusiya müdafiə nazirinin müavini Anatoli Antonovla RF və Ermənistan arasında hərbi və hərbi-texniki əməkdaşlığı müzakirə edib. Trend-in məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər yayıb.

Tərəflər, həmçinin Avropada adi silahlandırma üzərində nəzarət sahəsində qüvvədə olan razılaşmaların həyata keçirilməsi üzrə fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti