...

Ərdoğan: G-20 ölkələrinin bir çox liderləri Suriyada hərbi əməliyyatı dəstəkləyir

Siyasət Materials 6 Sentyabr 2013 18:07 (UTC +04:00)
G-20 ölkələrinin bir çox dövlət və hökumət başçıları Suriyada rejim tərəfindən zorakığın dayandırılması üçün bu ölkədə hərbi əməliyyatın lehinə çıxış edir.
Ərdoğan: G-20 ölkələrinin bir çox liderləri Suriyada hərbi əməliyyatı dəstəkləyir

Azərbaycan, Bakı, 6 sentyabr/Trend, müxbir A. Tağıyeva/

G-20 ölkələrinin bir çox dövlət və hökumət başçıları Suriyada rejim tərəfindən zorakığın dayandırılması üçün bu ölkədə hərbi əməliyyatın lehinə çıxış edirlər. Trend-in cümə günü "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Sankt-Peterburqda mətbuat konfransında deyib.

Baş nazirin sözlərinə görə, dünya dövlətləri Bəşşar Əsəd rejiminin xalqına qarşı törətdiyi cinayətlər qarşısında susmamalıdır.

Türkiyənin Suriyada hərbi əməliyyatı dəstəkləməsi Ankaranın regionda müharibə həvəsində olması anlamına gəlmir, əksinə Türkiyənin məqsədi Suriyada zorakılığın dayandırılmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti