...

Tacikistan Azərbaycanda prezident seçkilərini müşahidə edəcək

Siyasət Materials 16 Sentyabr 2013 13:32 (UTC +04:00)
Tacikistan Prezidentinin İcra Aparatının nümayəndələri MDB-dən olan müşahidəçi qrupunun tərkibində Azərbaycanda bu ilin oktyabrın 9-na təyin edilmiş prezident seçkilərinin monitorinqində iştirak edəcəklər.
Tacikistan Azərbaycanda prezident seçkilərini müşahidə edəcək

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

Tacikistan Prezidentinin İcra Aparatının nümayəndələri MDB-dən olan müşahidəçi qrupunun tərkibində Azərbaycanda bu ilin oktyabrın 9-na təyin edilmiş prezident seçkilərinin monitorinqində iştirak edəcəklər. Trend-in məlumatına görə, bu barədə Tacikistan Mərkəzi Seçki Komissiyası Administrasiyasının rəhbəri Abdumannon Dodoyev "Asiya-Plyus" agentliyinə deyib.

Onun sözlərinə görə, beynəlxalq müşahidəçi missiyasının tərkibinə Tacikistan Prezidentinin Hüquq siyasəti üzrə baş məsləhətçisi Xursandmurod Mirzəyev və Prezidentin İcra Aparatının Hüquq şöbəsinin müdiri Dustmurod Murodov daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti