...

Sorğu: Azərbaycanda keçiriləcək prezident seçkilərində əhalinin 89 faizindən çoxu İlham Əliyevi dəstəkləyir (FOTO)

Siyasət Materials 18 Sentyabr 2013 13:12 (UTC +04:00)
Azərbaycanda keçiriləcək prezdent seçkiləri qabağı monitorinqin nəticələrinə görə, əhalinin 89 faizindən çoxu İlham Əliyevi dəstəkləyirlər.
Sorğu: Azərbaycanda keçiriləcək prezident seçkilərində əhalinin 89 faizindən çoxu İlham Əliyevi dəstəkləyir (FOTO)

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda keçiriləcək prezident seçkiləri qabağı monitorinqin nəticələrinə görə, əhalinin 89 faizindən çoxu İlham Əliyevi dəstəkləyir.

Trend-in məlumatına görə, bu barədə QHT Əməkdaşlıq Alyansının 9 oktyabr 2013-cü ildə keçiriləcək Prezident seçkisinin uzunmüddətli monitorinqinin I mərhələsinin yekunları ilə bağlı hesabatında bildirilir.

Monitorinqin I mərhələsinin yekunlarına dair mətbuat konfransında alyansın həmsədri Rufiz Qonaqov çıxış edərək bildirib ki, monitorinq Azərbaycanın 6 regionunda 12 avqust - 12 sentyabradək olan dövrü əhatə edib.

R.Qonaqov qeyd edib ki, monitorinq çərçivəsində "Prezidentliyə namizədlərdən daha çox hansına inanırsız?" sualına rəyi öyrənilən respondentlərin 89,32 faizi Prezident İlham Əliyevə inandıqlarını bildiriblər: "Rəyi soruşulanlardan 7,94 faizi isə Milli Şuranın vahid namizədi Cəmil Həsənliyə, 0,91 faizi Ümid Partiyasının namizədi İqbal Ağazadəyə, 0,55 faizi Qüdrət Həsənquliyevə, 0,35 faizi İlyas İsmayılova, 0,31 faizi Sərdar Cəlaloğluna, 0,62 faizi isə digər namizədlərə inandıqlarını bildiriblər".

"Bu gün seçki keçirilərsə kimə səs verərdiz?" sualına cavabında da respondentlər tərəfindən birmənalı olaraq İlham Əliyev böyük üstünlüklə irəlidədir. Monitorinqə cəlb edilən on min nəfərin 89,32 faizi, yəni 8 932 nəfəri "İlham Əliyevə səs verərdim" deyə cavab verib. 7,94 faiz isə Milli Şuranın vahid namizədi Cəmil Həsənliyə, 2,74 faiz isə "digər namizədlərə səs verərdim" deyə cavab verib.

Alyansın həmsədri Rəfail Becanov isə bildirib ki, namizədlərin reytinqi müəyyənləşdirilən kimi siyasi partiyaların da reytinqinin müəyyənləşdirilməsi əsas məqsədlərdən biri olub: "Bu sırada da birincilik Yeni Azərbaycan Partiyasına məxsusdur. Partiyaların fəaliyyətini dəyərləndirən respondentlərin 8932 nəfəri, yəni 89,32 faizi YAP-ın fəaliyyətini daim müşahidə etdiklərini, bu partiyanın reytinqinin yüksək və üzvlərinin sayının çox olduğunu bildiriblər. Respondentlərin 10,68 faizi isə digər partiyaların fəaliyyətini yüksək qiymətləndiriblər. Bu sırada isə 2,45 faizlə AXCP, 2,43 faizlə Müsavat, 1,31 faizlə KXCP, 1,12 faizlə ALP, 0,91 faizlə Ümid Partiyası qərarlaşıb. 2,46 faiz Ədalət, ASDP, MMP və digər partiyalar arasında bölünüb".

Alyansın həmsədri Yadigar Məmmədli çıxışında ölkədəki seçki mühitlə bağlı məlumat verib. "Aparılan monitorinqlər zamanı hər hansı qanun pozuntusu aşkarlanmayıb. İmzatoplama kampaniyası, namizədlərin qeydiyyatı, kütləvi aksiyaların keçirilməsi ilə bağlı məhdudiyyətlər müşahidə edilməyib. Əhali seçkidə iştirak etmək, səs vermək istəyindədir. Azərbaycan seçicisinin seçkidən gözləntisi iqtisadi artım, sosial inkişafın, infrastruktur layihələrinin davamlı olmasıdır. Ölkənin ümumi inkişafını müsbət dəyərləndirən 94 faiz respondent bu tempin qorunub saxlanılmasının tərəfdarıdır. "

Monitorinqin növbəti mərhələsi Naxçıvanda, Bakıda və Sumqayıtda həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti