...

İlham Əliyev Qırmızı qəsəbədə salınmış Heydər bağında yaradılan şəraitlə tanış olub (FOTO)

Siyasət Materials 18 Sentyabr 2013 18:36 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Qubanın Qırmızı qəsəbəsində yeni salınmış Heydər bağında yaradılan şəraitlə tanış olmuşdur.
İlham Əliyev Qırmızı qəsəbədə salınmış Heydər bağında yaradılan şəraitlə tanış olub (FOTO)

Azərbaycan, Bakı, 18 sentyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Qubanın Qırmızı qəsəbəsində yeni salınmış Heydər bağında yaradılan şəraitlə tanış olmuşdur.

Məlumat verildi ki, Qırmızı qəsəbədə Heydər bağı Azərbaycanda son dövrlərdə aparılan geniş abadlıq-quruculuq işlərinin bütün bölgələri tam əhatə etməsinin əyani göstəricisidir. Belə istirahət guşələrinin respublikanın ən ucqar qəsəbələrində yaradılması sakinlərin asudə vaxtlarının səmərəli təşkilinə xidmət edir. Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu sosial siyasət bu gün respublikanın istənilən bölgəsində öz bəhrəsini verir.

Ən müasir tələblər səviyyəsində salınmış istirahət məkanında xalqımızın ümummilli lideri Heydər Əliyevin tuncdan abidəsi ucaldılmışdır. Mərkəzində fəvvarə quraşdırılmış bağın ərazisi 6400 kvadratmetr olmaqla gəzinti hissəsindən və yaşıllıq zolağından ibarətdir. Heydər bağında geniş abadlıq-quruculuq işləri görülmüş, yaşıllıq zolaqları salınmış, oturacaqlar qoyulmuşdur. Burada balacaların da istirahəti diqqət mərkəzində saxlanılmış, onlar üçün yaradılan guşədə müxtəlif attraksionlar və qurğular quraşdırılmışdır. Bağın ərazisində üçmərtəbəli qonaq evi, kafe, çayxana, ağsaqqallar klubu mövcuddur. Bağ müasir işıqlandırma sistemi ilə təchiz olunmuşdur.

Heydər bağı ilə tanışlıqdan sonra Azərbaycan Prezidenti Qırmızı qəsəbənin sakinləri ilə görüşdü.

Sonda xatirə şəkli çəkdirildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti