...

Azərbaycanda prezident seçkilərində AŞPA və MDB PA-nın müşahidəçiləri qarşılıqlı fəaliyyət planını müzakirə ediblər

Siyasət Materials 3 Oktyabr 2013 11:00 (UTC +04:00)
Azərbaycanda keçiriləcək seçkilərdə Avropa Şurası Parlament Assambleyası (AŞ PA) və MDB Parlament Assambleyasından (PA)olan müşahidəçilər qarşılıqlı fəaliyyət planını müzakirə ediblər.
Azərbaycanda prezident seçkilərində AŞPA və MDB PA-nın müşahidəçiləri qarşılıqlı fəaliyyət planını müzakirə ediblər

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycanda keçiriləcək seçkilərdə Avropa Şurası Parlament Assambleyası (AŞ PA) və MDB Parlament Assambleyasından (PA) olan müşahidəçilər qarşılıqlı fəaliyyət planını müzakirə ediblər. Trend-in məlumatına görə, bu barədə cümə axşamı MDB PA-nın yaydığı məlumatda bildirilir.

Strasburqda AŞPA missiyasının rəhbəri Robert Uolter və MDB PA-dan olan müşahidəçilər qrupunun koordinatoru, RF Dövlət Dumasının deputatı Leonid Slutski Azərbaycanda qarşıdan gələn prezident seçkilərinin qısamüddətli monitorinqi və seçkilər günü qarşılıqlı fəaliyyət planını müzakirə ediblər.

Görüş zamanı tərəflər missiyaların müşahidəçiliyə hazırlığını, qrupların tərkibi və hədəfləri barədə fikir mübadiləsi aparıblar. Görüş iştirakçıları həm Azərbaycanda qarşıdan gələn prezident seçkiləri zamanı, həm də beynəlxalq müşahidəçilər institutunun kontekstində elektron monitorinq xətti üzrə MDB PA və AŞ PA arasında əməkdaşlığı davam etdirmək niyyətində olduqlarını ifadə ediblər.

Azərbaycanda prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti