...

Britaniya Parlamentinin üzvü: Azərbaycan regionda dözümsüzlüyə qarşı bufer kimi çıxış edir

Siyasət Materials 4 Oktyabr 2013 12:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 oktyabr / Trend, müxbir S.Əhmədova /

Azərbaycan hökumətinin dini və milli azlıqlarla bağlı yürütdüyü siyasət digər ölkələr üçün nümunədir. Azərbaycan regionda dözümsüzlüyə qarşı bufer kimi çıxış edir.

Trend-in məlumatına görə, bunu Böyük Britaniya Parlamentində Liberal Demokrat Partiyasını təmsil edən Lord Mayk German Avropa Azərbaycan Cəmiyyətinin (AAC) Trans Adriatik boru kəməri (TAP) layihəsi, Britaniya investisiyalarının Azərbaycan iqtisadiyyatına yatırımı, Azərbaycan hökumətinin milli və dini azlıqlarla bağlı yürütdüyü siyasət, ölkəmizin BMT Təhlükəsizlik Şurasına yenidən sədrlik etməsi və beynəlxalq təhlükəsizliyin mühafizəsində rolu haqqında suallarına cavabında bildirib.

Lord Germanın sözlərinə görə, TAP layihəsi Böyük Britaniyanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı, ölkə iqtisadiyyatı üçün zəruri olan təchizatın çoxşaxəliyini də artıracaq:

"Böyük Britaniyanın mövcud və gələcək ehtiyaclarının təminatına göstərdiyi dəstəyə görə Azərbaycana minnətdar olmaq lazımdır".

Lord German qeyd edib ki, Azərbaycanın birbaşa xarici investiyasının 44,1 faizi Böyük Britaniyanın payına düşür:

"Bu, Böyük Britaniyanın Azərbaycanda perspektivli, etibarlı və uzunmüddətli sərmayəçi olmasına dəlalət edir. Təbii ki, həmin amillər iki ölkə arasındakı münasibətlərə xüsusi rəng verir".

"Qərb Azərbaycanın regionda, ümumilikdə dünyada sülhün və təhlükəsizliyin bərqərar olunması işinə verdiyi töhfələri yüksək dəyərləndirir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı artan rolu və şuraya yenidən sədrlik etməsi onu göstərir ki, Azərbaycan çox mühim qlobal təsirə malikdir. Şübhəsiz ki, bütün bunlar dünyanın digər yerlərində də Azərbaycanın nüfuzunu artıracaq və sülhün keşiyində duran ölkə imicinə öz müsbət təsirini göstərəcəkdir."

Qeyd edək ki, Lord German Əmək və Təqaüd üzrə Komitəsinin sədridir. Lord Mayk vaxtilə Uels liberal demokratlarının lideri olub və Uels Assambleyasının baş nazirinin müavini vəzəifəsində çalışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti